Ana Sayfa > Region > Rayon rəhbəri Milli Məclisin deputatı ilə birlikdə 27 sentyabr-Anım günü ilə əlaqədar təşkil olunan ehsan mərasimində iştirak ediblər

Rayon rəhbəri Milli Məclisin deputatı ilə birlikdə 27 sentyabr-Anım günü ilə əlaqədar təşkil olunan ehsan mərasimində iştirak ediblər


29-09-2022, 11:40. Yazar: admin


Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Milli Məclisin deputatı Sahib Alıyev və hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə rayonun Şıxarx qəsəbəsində 27 sentyabr-Anım günü ilə əlaqədar şəhidlərə verilən ehsan mərasimində iştirak ediblər.
Onlar mərasimdə iştirak edən şəhid və qazi ailələri ilə görüşüb, qayğıları ilə maraqlanıb, mərasim iştirakçıları ilə qarşılıqlı fikir mübadiləsi aparıblar.
İcra başçısı bildirib ki, ehtiyacı olan bütün şəhid və qazi ailələrinə dövlət tərəfindən köməklik göstərilir, onlara mənzillər verilir, qazilərimiz ən müasir protezlərlə, minik avtomobilləri ilə təmin edilir.



Şəhid və qazi ailələrinin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə “Heydər Əliyev” və “Yaşat” fondu tərəfindən də əlavə dəstək verilir, köməklik göstərilir.
Rayonumuzda da mütəmadi olaraq şəhid və qazi ailələri ziyarət edilir, onların problemləri yerində həll olunur. Küçələrə, məktəblərə, sinif otaqlarına şəhid adları verilir, onların xatirəsi əbədiləşdirilir, şəhidlərin xatirəsinə bulaqlar, abidə kompleksləri inşa olunur.



Mərasim iştirakçıları şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Vertikal.az
Geri dön