Ana Sayfa > Region > Tərtərdə sahibkarlarla marifləndirici söhbətlər aparılıb
Tərtərdə sahibkarlarla marifləndirici söhbətlər aparılıb8-09-2022, 11:28. Yazar: admin |
5 avqust 2022-ci il tarixdə Tərtər Rayon İcra Hakimiyyətində rayon ərazisində sahibkarlıq obyektləri tikmək istəyən vətəndaşların bir qrupu ilə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədovun, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi vəzifəsini icra edən İlqar Sadıqovun, rayon icra hakimiyyəti başçısının birinci müavini Elvin Umudovun, rayon icra hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti şöbəsinin müdiri-baş memar Tofiq Kərimovun, Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin əməkdaşı Siyavuş Alışovun iştirakı ilə görüş keçirilib. Görüş zamanı sahibkarlıq obyektləri tikmək istəyən vətəndaşlar dinlənilib və onlara tikinti aparamağa icazə verilməsi üçün şəhərsalma və tikinti məcəlləsinin 75-ci maddəsi izah olunub, sahibkarlar arasında maarifləndirmə işləri aparılıb. Qəbulda iştirak edənlərin sualları mütəxəsislər tərəfindən cavablandırılıb. Onlar verilən izahatlardan razı qalıblar. Sahibkarlar görüşün təşkili və dövlət tərəfindən onlara hərtərəfli dəstək göstərildiyi üçün respublika Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər. Vertikal.az Geri dön |