Ana Sayfa > Region > Tərtərdə şəhid Qasımov Azər Yaqub oğlunun xatirəsinə inşa edilən bulağın açılış olub

Tərtərdə şəhid Qasımov Azər Yaqub oğlunun xatirəsinə inşa edilən bulağın açılış olub


18-08-2022, 12:28. Yazar: admin


Tərtər rayonunun Yenikənd kəndində 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Qasımov Azər Yaqub oğlunun xatirəsinə inşa edilən bulağın açılış olub.
Bu münasibətlə keçirilən tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin ailə üzvləri, şəhid ailələri, qazilər, müharibə veteranları, ictimaiyyət nümayəndələri və kənd sakinləri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsini yad ediblər. Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov şəhidlərin ruhuna dua oxuyub.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək şəhid Azər Qasımovun qısa, lakin şərəfli və örnək olan həyat yolundan danışıb. Bildirib ki, şərəfli döyüş yolu keçən, oktyabrın 29-da Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olan Azər Qasımovun və torpaqlarımızın işğaldan azad edilməsi naminə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi xalqımız tərəfindən daim uca tutulur, ehtiramla anılır. Vurğulayıb ki, 44 gün davam edən Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi Qələbə əldə edib, 30 il işğal altında olan Vətən torpaqları erməni faşizmindən birdəfəlik azad olunub. Xalq-iqtidar-ordu birliyi bizə Qələbə sevincini yaşadıb. Bu Qələbənin qazanılmasında itkilərimiz də olub. Allah bütün şəhdilərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin, şəhid analarının hər birinin qarşısında baş əyirik.
Sonra məktəblilərin ifasında şəhidlərə həsr olunmuş şeirlər səsləndirilib.
Şəhidin anası İsmira Qasımova, əmisi Rafiq Əliyev, kənd ağsaqqalı Məhəmməd Şirinov çıxış edərək Azər Qasımovun qısa, şərəfli həyat yolundan, onun Vətən müharibəsində göstərdiyi igidliklərindən söz açıb, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azər Qasımov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda" və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

Geri dön