Ana Sayfa > Region > Tərtərdə polis işçilərinin peşə bayramı günü qeyd edildi
Tərtərdə polis işçilərinin peşə bayramı günü qeyd edildi2-07-2022, 23:48. Yazar: admin |
Tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin Mərkəzi Meydanda ucaldılmış abidəsi önünə tər gül-çiçək dəstələri düzüb, onun xatirəsini ehtiramla anıblar. Sonra rayon Mədəniyyət Mərkəzində davam etdirilən tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azazdlığı uğrunda canından keçən Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan rayon polis şöbəsinin rəisi, polis polkovniki Elçin Qasımov tədbir iştirakçılarını Azərbaycan polisinin peşə bayramı günü münasibətilə təbrik etdi, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun şəxsi heyətə ünvanladığı təbrik məktubunu oxudu, Azərbaycan polisiinin keçdiyi tarixi yola nəzər saldı, Azərbaycan polisinə Ulu Öndər Heydər Əliyevin hakimiyyəti illərində böyük diqqət və qayğının göstərildiyini, hazırda bu diqqət və qayğının Ulu Öndərin siyasi kursunun layiqli davamçısı respublika prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğuladı. Bildirdi ki, Azərbaycan Polisi vətəndaşların qanuni mənafelərinin, hüquq və azadlıqlarının müdafiəsi sahəsində üzərinə düşən funksiyaları peşəkarlıqla yerinə yetirir, hər zaman vəzifə borcuna sadiq qalaraq ona bəslənən inam və etimadı doğruldur. Tədbirdə çıxış edən Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov polis işçilərini əlamətdar gün münasibətilə təbrik etdi, respublikada sabitliyin təmin olunmasında, cinayətkarlığa qarşı mübarizədə, müstəqil dövlətçiliyimizin qorunmasında Azərbaycan polisinin müstəsna xidmətləri olduğunu vurğuladı, onlara çətin və şərəfli işlərində uğurlar arzuladı. Bildirdi ki, Azərbaycan polisi bir əsr şərəfli tarixi yol keçmişdir. Xüsusən, Ulu Öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrlərdə daxili işlər orqanlarının fəaliyyətinin təşkili gücləndirilmiş peşakar kadr özəyi yaradılmışdır. Ulu Öndər həmişə polis əməkdaşlarının əməyinə yüksək qiymət vermişdir. Məhz Ümummilli liderin 1998-ci il 24 may tarixli fərmanı ilə iyulun 2-si Azərbaycan Polisi günü kimi qeyd olunur. Bu gün Ulu Öndərin siyasi kursunun layiqli davamçısı respublika Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə hüquq-mühafizə, o cümlədən daxili işlər orqanlarında həyata keçirən islahatlar, struktur dəyişiklikləri, maddi texniki bazanın möhkəmləndirilməsi, iş şəraitinin yaxşılaşdırılması polis işçilərinə göstərilən diqqət və qayğının bariz nümunəsidir. Rayon rəhbəri Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin polis işçilərinin fəaliyyəti ilə bağlı dediyi sözləri də yada saldı: ”Polis işçilərinin fəaliyyəti, onların peşəkarlığı, içtimai əsayişin onlar tərəfindən qorunması sabitliyi daha da möhkəmləndirir”. Sonra o, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun 2020-ci ilin sentyabr ayının 27-də başlayan 44 günlük Vətən müharibəsində qazanılan qələbənin tarixi əhəmiyyətindən bəhs etdi. Azərbaycan daxili işlər orqanlarının əməkdaşlarının öz vətənpərvərliklərini, igidliklərini Vətən müharibəsində də nümayiş etdirdiklərini bildirdi, “Mənim polisim məni qoruyur”,-şüarına sadiq olduqlarını dedi Azərbaycan polisinin ötən ilin əvvəlindən dünyada geniş yayılmış koronavirus pandemiyası ilə mübarizə dönəmində də üzərinə düşən öhdəlikləri ən yüksək səviyyədə yerinə yetirdiyini qeyd etdi. Tədbirdə iştirak edən rayon prokuroru Əli Qurbanov, rayon məhkəməsinin sədri Elşad Bayramov, Tərtər hərbi prokuroru Emin Vəliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Elşən Abdullayev, Polis Veteranları İctimai Birliyinin rayon şöbəsinin sədri Qeyis Qəhrəmanov, Şəhid Abbasov Elvinin atası Şamil Abbasov və Şəhid Mirzəli Rəşadın anası Afidə Mirzəyeva çıxış edərək 104 illik tarixə malik Azərbaycan polisinin kəşməkeşli olduğu qədər də şərəfli bir yol keçdiyini, tarix boyu Vətənə, xalqa sədaqətlə və ləyaqətlə xidmət etdiyini, dövlətçiliyin əsas sütunlarından birinə çevrildiyini bildirdilər. Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı və rayon Polis Şöbəsi tərəfindən xidmətdə fərqlənən bir qrup polis əməkdaşına fəxri fərman, qiymətli hədiyyələr təqdim olundu və şəhid olmuş polislərin ailələrinə maddi yardım göstərildi. Tədbir rayon Mədəniyyət Mərkəzinin hazırladığı konsert proqramı və 5 saylı körpələr evi-uşaq bağçasının yetirməsi Nur Babayevanın çıxışları ilə davam etdirildi. Vertikal.az Geri dön |