Ana Sayfa > Region / Manşet > Rayon sakinləri icra başcısının işdən azad olunacağı günü gözləyir

Rayon sakinləri icra başcısının işdən azad olunacağı günü gözləyir


13-03-2015, 15:01. Yazar: admin
Rayon sakinləri icra başcısının işdən azad olunacağı günü gözləyir
Uzun müddətdir ki, Azərbaycan mətbuatı Gədəbəy rayon icra başcısı Ramiz Yediyarov başda olmaqla məmur özbaşnalığından, sakinlərin haqlı narazılığından yazır. Daimi mətbuatın gündəmində olan Gədəbəy rayonunun icra başcısı isə bütün bu təpkilərə, narazılıqlara baxmayaraq, öz sükutunu qoruyub saxlayır.

Hətta iş adamı Oqtay Əliyevlə aralarında olan məhkəmə çəkişməsində uduzmağına baxmayaraq, icra başcısından səs-soraq gəlmir. Xatırladaq ki, Rusiyada biznes fəaliyyəti ilə məşğul olan Oqtay Əliyev bir neçə il əvvəl rayonun Qalakənd kəndinin ərazisində turizm obyekti tikdirməyə başlayıb. Və bu məqsədlə Gədəbəy Rayon İcra Hakimiyyətinin rəhbərliyində təmsil olunan şəxslərdən, konkret olaraq icra başçısının birinci müavini Qüdrət Paşayev və başçının müavini Rüstəm Nağıyevdən xeyir-dua alıb. Lakin istirahət mərkəzi tikilib başa çatandan sonra icra başçısı Ramiz Yediyarovun tapşırığı əsasında heç bir səbəb olmadan obyekt yerlə-yeksan edilib. İş adamı Oqtay Əliyev mətbuata bildirmişdi ki, 170 min manata başa gələn həmin obyektin sökülməsi ilə bağlı Gəncə şəhər İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib: "Məhkəmə işi araşdırıb və xüsusi ekspertizanın rəyini nəzərə alaraq təsdiq edib ki, Əliyev Oqtay İbrahim oğluna məxsus turizm obyekti həqiqətən də Gədəbəy Rayon İcra Hakimiyyəti tərəfindən əsassız olaraq sökülüb. 16 fevral 2015-ci il tarixdə hakim Mamedov Rəşad Ziyaviddin oğlunun sədrliyi ilə məhkəmə prosesi keçirildi. Məhkəmədən Gədəbəy Rayon İcra Hakimiyyətinə qarşı dəymiş maddi ziyan kimi 180.000 manat, mənəvi ziyan kimi 50.000 manat pulun ödənilməsinə dair qərarın çıxarılmasını xahiş etmişdim. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 23.09.2014-cü il tarixli 2-1 (83)- 1506 2014 saylı qərardadı ilə Gədəbəy Meşə Mühafizəsi və Bərpası Müəssisəsi üçüncü şəxs qismində məhkəmə icraatına zəruri cəlb edilmişdir. Məhkəmə iddia tələbinin təmin edilməsi barədə qərar çıxardı. Qərara əsasən, cavabdeh Gədəbəy Rayon İcra Hakimiyyətindən 66.626 manat tutulub iddiaçı Əliyev Oqtay İbrahim oğluna, yəni mənə ödənilməlidir. Məhkəmənin qərarı bir daha sübut etdi ki, Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov, müavinləri Qüdrət Paşayev və Rüstəm Nağıyev mənə qarşı özbaşınalıq ediblər". Gördüyünüz kimi, Azərbaycanda bəlkə də ilk dəfədir ki, sadə iş adamı özünü padşah sayan icra başcısını məhkəmədə udur və dəymiş ziyanın yarısını da olsa almaq hüququ qazanır. Bu isə çox mətləblərdən xəbər verir. Belə ki, görünür, yuxarı dairələr Gədəbəy rayon İcra başcısı Ramiz Yediyarovun etdiyi əməllərə daha göz yummaq fikrində deyil. O cümlədən rayon sakinlərinin də vəziyyəti olduqca acınacaqlı olduğundan daim Bakıya Prezident Administrasiyasına şikayətlər edir hətta paytaxta yürüş edəcəklərini bildiriblər. Verilən məlumata görə, yürüş məsələsi ortaya çıxan andan yuxarı instansiyalar icra başçısı barədə lazımi addımların atılması qərarına gəliblər. Bu barədə əldə etdiyi bilgiləri bizimlə paylaşan məlumatlı şəxsin sözlərinə görə, ölkənin hüquq-mühafizə orqanları, eləcə də digər yetkili qurumlar Gədəbəydə olub-bitənləri araşdırmaq, rayon sakinlərinin hüquqlarını pozan, onları dövlətdən narazı salan və paytaxt istiqamətində yürüş keçirməyə vadar edən şəxslərə qarşı konkret tədbir görmək barədə yekdil fikridədirlər. Bu isə o deməkdir ki, artıq Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarovun, həmçinin onun birinci müavini Qüdrət Paşayevin, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Vüsal Musayevin, aqrar məsələlər şöbəsinin müdiri Rüstəm Nağıyevin, ictimai-siyasi və humanitar şöbəsinin müdiri Vəfa Allahverdiyevanın, Gədəbəy Rayon Maliyyə İdarəsinin rəisi Namiq Məmmədovun, təhsil şöbəsinin müdiri Baxış Nağıyevin, mədəniyyət və turizm şöbəsinin müdiri Ramiz Məmmədovun, Gədəbəy Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Ramiz Pirverdiyevin vəziyyəti bir xeyli ağırlaşıb. Çünki məhz onlar Gədəbəydə məmur özbaşınalığının günü-gündən artmasına, əhalinin yoxsulluq içində yaşamasına şərait yaradırlar. Aldığımız məlumata görə, artıq yuxarılarda Ramiz Yediyarovun məsələsi ciddi şəkildə müzakirə olunur: "İcra başçısının özünün də bundan xəbəri var. Elə buna görə də o, bir neçə gün öncə təcili surətdə Bakıya gəlməli olub. Onu da qeyd edim ki, Ramiz Yediyarov paytaxta tək gəlməyib. İcra başçısının yanında yaxın adamı kimi tanınan birinci müavini Qüdrət Paşayev olub. Beləliklə, icra başçısı və müavini Prezident Administrasiyasında onların məsələsini yoluna qoya biləcək adamların axtarışına çıxıblar. Lakin Ramiz Yediyarov və Qüdrət Paşayev istəklərinə nail ola bilməyiblər. Çünki heç kim onlara arxa duracağına dair vəd verməyib". Bakıda ümidlərini itirən Ramiz Yediyarov məsələni öz bildiyi kimi həll etmək qərarına gəlib. O bunun üçün martın 11-də öz əsabələri ilə birgə təcili toplantı çağırıb. Toplantıda əsas müzakirə olunan mövzu son günlər Gədəbəy rayonunda baş verən neqativ hallarla bağlı mətbuatda gedən materiallar və buna görə də yuxarıların başcıya qarşı tutduğu mənfi münasibət olub. Yazdığımız kimi, uzun müddətdir ki, Azərbaycan Kütləvi İnformasiya Vasitələrində Gədəbəy rayonunun başcısı Ramiz Yediyarov və digər vəzifəli şəxslər barəsində silsilə tənqidi materiallar gedir. Bu isə yuxarı dairələrdə Ramiz Yediyarova qarşı ciddi narazılıqlar yaradıb. İdarə müdirlərinin iştirakı ilə keçirilən toplantıda Gədəbəyin İcra başcısı onlara bildirib ki, mətbuatda gedən məqalələrlə əlaqədar artıq yuxarı dairələrdə ona qarşı təzyiqlər başlayıb. Belə gedərsə, onun işdən azad edilməsi yaxın günlərdə reallığa çevrilə bilər. Amma nəyin bahasına olursa-olsun, bu problem tezliklə həll edilsin. Aldığımız məlumata görə, Ramiz Yediyarov mətbuatla məsələni tezliklə həll etməsə, onun doğrudan da, icra başcısı postunda qalmaq ehtimalı sıfıra bərabər olacaq. Odur ki, indi vəziyyət Ramiz Yediyarovun əleyhinə formalaşıb və Gədəbəy camaatı səbirsizliklə onun işdən azad olunacağı, eyni zamanda əməllərinə görə cəzalandırılacağı günü gözləyirlər.
Geri dön