Ana Sayfa > Region > Ermənistan prezidenti 44 günü “unutdu” – “Minsk Qrupu...”

Ermənistan prezidenti 44 günü “unutdu” – “Minsk Qrupu...”


17-06-2022, 13:47. Yazar: admin
Ermənistan prezidenti 44 günü “unutdu” – “Minsk Qrupu...”

44 günlük müharibədə Azərbaycan qarşısında ağır məğlubiyyət yaşayan Ermənistan Prezidenti Vaaqn Xaçaturyan hələ də bunu həzm edə bilmir. DİA.AZ Teleqraf.com-a istinadla xəbər verir ki, Rusiyadakı erməni icmasının nümayəndələri ilə görüşündə Xaçaturan “Dağlıq Qarabağ münaqişəsi”nin hələ də bitmədiyini deyib.

İşğalçı ölkənin prezidenti Azərbaycanın artıq münaqişəni bitdiyini rəsmən elan etdiyini bildirib.

Xaçaturyan olmayan ATƏT-in Minsk qrupunun Ermənistana yardım edəcəyinə ümidlərini də dilə gətirib. O qeyd edib ki, Minsk qrupunun üç həmsədr ölkəsi – Rusiya, Fransa və ABŞ məsələnin müzakirəsini davam etdirməlidir. Bununla belə, hazırda Rusiya, ABŞ və Fransa arasında münasibətlərin yaxşı olmadığını, amma prosesin davam etdirilməsinə dair əvvəllər aralarında razılaşma olduğunu söyləyib.

Ermənistan prezidenti Azərbaycanın açılmasını tələb etdiyi Zəngəzur dəhlizi məsələsinə də etiraz edib:

“Bu, bizim üçün müzakirə mövzusu deyil. Biz başqa məsələni müzakirə edirik. Azərbaycan Naxçıvanla əlaqə yaratmaq istədiyini bildirir. Biz də etirazımızın olmadığını demişik”.

Xaçaturyan bildirib ki, bu əlaqə beynəlxalq normalar çərçivəsində olmalı, sərhəddə gömrük postu qurulmalı, sərhədçilər yerləşdirilməlidir. O, Ermənistanın bununla bağlı rejimi yüngülləşdirməyə hazır olduğunu söyləyib.
Geri dön