Ana Sayfa > Region > Tərtərdə Su təsərrüfatı meliorasiya işçilərinin peşə bayramı qeyd olunub

Tərtərdə Su təsərrüfatı meliorasiya işçilərinin peşə bayramı qeyd olunub


7-06-2022, 21:35. Yazar: admin


İyunun 4-də Tərtərdə Su Təsərrüfatı və Meliorasiya İşçilərinin Peşə bayramı münasibəti ilə tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Şəhidlər Abidə Kompleksini ziyarət edib, abidənin önünə gül-çiçək düzərək Şəhidlərin əziz xatirəsini ehtiramla anıblar.
Sonra meliorasiya işçiləri Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla birlikdə Ulu Öndərin Mərkəzi Meydanda ucalan abidəsini ziyarət edib, abidənin önünə gül-çiçək dəstələri düzüb, dahi rəhbərə öz ehtiramlarını bildiriblər.
Tədbirdə çıxış edən rayon rəhbəri Meliorasiya İşçilərini peşə bayramları münasibəti ilə təbrik edib, onlara işlərində uğurlar arzulayıb.
Xalqımızın ümummilli lideri Heydər Əliyev ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində digər sahələrdə olduğu kimi su təsərrüfatı sektorunda da böyük uğurlar qazanıldığını, əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması üçün genişmiqyaslı işlər görüldüyünü, təxirəsalınmaz layihələr həyata keçirildiyini bildirib.
Qeyd edib ki, 1996-cı ildə Ulu Öndərimiz Heydər Əliyev tərəfindən “Meliorasiya və İrriqasiya haqqında” Qanunun imzalandığı 5 iyun tarixi ilə əlaqədar olaraq “Meliorator günü” peşə bayramının təsis edilməsi barədə 24 may 2007-ci il tarixli sərəncam imzalamışdır. Dövlət başçısı su təsərrüfatı və meliorasiya işçilərinin şərəfli əməyinə yüksək hörmət əlaməti olaraq onun miqyasını daha da genişləndirərək 5 iyun gününün “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı kimi qeyd olunması barədə 14 may 2014-cü il tarixli yeni sərəncam imzalayıb.
Tədbirdə qeyd edilib ki, Tərtər Suvarma Sistemləri idarəsi rayon ərazisində Fiziki və Hüquqi şəxslərə paylanmış 29133 hektar əkin sahəsinin suvarılmasına xidmət edir. Bundan 14996 hektar Tərtər çay su mənbəyi altında, 13500 hektarı subartezian quyusu altında, 400 hektarı İncə çay su mənbəyi və 237 hektarı Yuxarı Qarabağ kanalı altında yerləşir.



Bu günə kimi Tərtər rayonunun təsərrüfatlarının suvarılması üçün 75515 min m3 su götürülmüş və 57117 min m3 su suvarılan sahələrə verilmiş, 41056 hektar kənd təsərrüfatı bitkiləri suvarılmışdır. Su satışı planı 36364 manata qarşı 36000 manat yerinə yetirilmişdir.
Təsərrüfatlar arası və təsərrüfat daxili kanallarda 195 min m3 lildən və kol-kosdan təmizləmə işləri aparılmışdır.
Tərtər Suvarma Sistemləri idarəsinin balansında 552 ədəd subartezian quyusu vardır. Bundan 542 ədədi işlək və saz vəziyyətdədir. Qalan 10 ədəd subartezian quyusunun bərpaya ehtiyacı olduğu üçün onların bərpası gələcək planlarda nəzərdə tutulmuşdur.
2022-ci ilin 5 ayı ərzində 85 ədəd subartezian quyusunun nasosları əsaslı təmir olunaraq işə salınmış, 8 ədəd subartezian quyusunun yararsız nasosları yenisi ilə əvəz olunmuşdur.



Quyuların enerji sərfiyyatının dəqiq aparılması üçün bütün subartezian quyularında sayğaclar quraşdırılmış və işlədilmiş enerji dəyərinin ödənilməsi sayğaclar vasitəsi ilə aparılır.
Tərtər çay su mənbəyində suvarma suyu olmadığından və fasilələrlə gəldiyinə görə əsas güc subartezian quyularının üzərinə düşür. Bu da planda nəzərdə tutulduğundan artıq enerji işlədilməsinə səbəb olur.
Tədbirin sonunda rayon rəhbəri tərəfindən bir qrup su təsərrüfatı və meliorasiya işçisinə Fəxri Fərmanlar təqdim olunub.

Vertikal.az

Geri dön