Ana Sayfa > Region > Lerikdə torpaq sürüşməsi: - Kənd sakinin evi torpaq altıda qaldı
Lerikdə torpaq sürüşməsi: - Kənd sakinin evi torpaq altıda qaldı1-04-2022, 14:17. Yazar: admin |
Lerik rayonu Lərmərüd kəndində torpaq sürüşməsi baş verib. Vertikal.az xəbər verir ki, bu barədə Qaynarinfo-ya rayon sakini Zeynal Baxışzadə bildirib. Onun sözlərinə görə, torpaq sürüşməsi nəticəsində kənd sakini Nəbulla Baxşiyevə məxsus ev yararsız hala düşüb: "Ev demək olar ki, tamamilə torpağın altında qalıb. Həyətdəki tövlə ilə bağlı da vəziyyət oxşardır. Yəni tövlə və oradakı mal-qara da torpaq altda qalıb. Bu gün icra başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşiyev kəndə gəlib və vəziyyətlə tanış olub. O, Nəbulla Baxşıyevə yardım olunacağını vəd edib” Geri dön |