Ana Sayfa > Region > İcra başçısının rayonun Köçərli kəndində səyyar qəbul görüşü keçirilib

İcra başçısının rayonun Köçərli kəndində səyyar qəbul görüşü keçirilib


31-03-2022, 12:57. Yazar: admin


Mart ayının 30-da Tərtər Rayon İcra Hakimiyyəti Başçısının Köçərli kəndində səyyar qəbul-görüşü keçirilib.
Qəbulda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, rayon ağsaqqallar şurasının sədri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər.
Əvvəlcə Köçərəli kənd İƏD üzrə nümayəndə Mübariz Yunisov kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə məlumat verib, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışıb. Bildirib ki, Köçərli kəndinin 1281 hektar ərazisi, 435 təsərrüfatı, 1795 nəfər əhalisi, 753 hektar pay torpağı var. Kənddə 1 tam orta məktəb, 1 tibb məntəqəsi, 1 kitabxana, 2 iaşə obyekti, 6 mağaza fəaliyyət göstərir. Kənd sakinləri əkinçilik və maldarlıqla məşğul olurlar. Sakinlər daimi işıq, qaz ilə təmin olunublar.
İcra nümayəndəsinin məlumatından sonra vətəndaşların müraciətləri dinlənilib.



Əvvəlcə kənd ağsaqqalları Səməddin Hacıyev, Əkbər Hacıyev və Abbas Əliyev çıxış edərək kənd yolunun asfaltlanmasından, əhalinin fasiləsiz qaz, işiq təminatından razılıq hissi ilə danışaraq, kənd sakinlərinə göstərilən diqqət və qayğıya görə respublika Prezidentinə öz minnətdarlıqlarını bildiriblər. Sonra Köçərli kəndində elektrik xətlərinin kabellə əvəz olunması, 48 h pay torpağına yeni subartezian quyusunun qazılmasına ehtiyac olduğunu, Telman Orucov içməli su probleminin həll olması, Yeganə Ələsgərova növbəyə götürülsə də özünüməşğulluq çərçivəsində aktivlərlə təmin olunmasına, Əliyar Vəliyev işlə bağlı, Cəmşid Cəfərov oğluna məxsus evə müharibə vaxtı ziyan dəyməsi, Adil Cavadov 500 ha sahəyə gedən arxın doldurulması, Rəşad Sadıqov ünvanlı sosial yardımla, Elməddin Qasımlı özünüməşğulluqla bağlı müraciət ediblər.



Qaldırılan məsələlər nəzarətə götürülüb, rayon rəhbəri tərəfindən əlaqədar qurumlara aidiyəti tapşırıqlar verilib, İcra Hakimiyyətinin səlahiyyətinə aid olmayan məsələlərlə bağlı olan müraciətlərə ətraflı izahatlar verilib.



Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov kənd sakinlərini keçmiş Novruz Bayramı münasibəti ilə təbrik edib. Sonra o Respublika Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında əhalinin sosial müdafiəsi və rifahının yüksəldilməsi istiqamətində aparılan islahatlardan, Vətən müharibəsindən sonra rayonda gedən tikinti abadlıq işlərindən, Vətən müharibəsi zamanı rayonun infrastrukturuna dəyən ziyanla bağlı, mövcud problemlərin aradan qaldırılması üçün həyata keçirilən tədbirlərdən, şəhid və qazi ailələrinə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan danışıb.
Sonra Rayon rəhbəri hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə Köçərli kəndindən olan Vətən müharibəsi şəhid Ələkbərli Ələkbər Ramiz oğlunun ailəsində olub, onların qayğıları ilə maraqlanıblar.Şəhidin atası şəhid ailələrinə göstərilən diqqət va qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər

Vertikal.az
Geri dön