Ana Sayfa > Region > İşğal edilmiş Xerson şəhərində “xalq respublikası” elan etməyə hazırlaşırlar - VİDEO

İşğal edilmiş Xerson şəhərində “xalq respublikası” elan etməyə hazırlaşırlar - VİDEO


4-03-2022, 13:14. Yazar: admin

İşğal edilmiş Xerson şəhərində “xalq respublikası” elan etməyə hazırlaşırlar - VİDEO
Ukraynanın Rusiya qoşunları tərəfindən ələ keçirilmiş Xerson şəhərində “xalq respublikası” elan etməyə hazırlaşırlar. Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının dezinformasiyaya qarşı mübarizə Mərkəzinin az əvvəl yaydığı məlumata görə, bu gün şəhərin mərkəzi meydanında bir qrup şəxs əllərində Rusiya bayraqları tutaraq “Xerson xalq respublikası” elan edəcəklər.

Bu məqsədlə şəhərə 2 iri avtobus, 20 avtomobil, 2 mikroavtobus və 7 “QAZel” avtomobili ilə adamlar daşınır. Mərkəz Xerson sakinlərini bu mitinqdə iştirak etməməyə və manipulyasiyalara uymamağa çağırır. //virtualaz.org//
Geri dön