Ana Sayfa > Region > İcra baçısı vətəndaşları qəbul edib
İcra baçısı vətəndaşları qəbul edib1-03-2022, 16:08. Yazar: admin |
Tərtər rayon İcra Hakimiyyətinin başçısının növbəti qəbulu olub. İcra başçısı Müstəqim Məmmədov karantin qaydalarının tələblərinə əməl edərək əvvəlcə şəhid ailələri, qaziləri qəbul edib onların hər birinin müraciətinə həssaslıqla yanaşaraq problemlərini həll edib. Qəbula gələn digər vətəndaşlar Vətən müharibəsində fərdi evlərinə dəyən ziyanın aradan qaldırılması, təmir-tikinti işlərinin gecikdirilməsi, icarəyə torpaq götürmək, həyətyanı torpaq sahəsi, işlə təmin olunma ilə bağlı müraciət ediblər. Onların müraciətləri rayon rəhbəri tərəfindən diqqətlə dinlənilib, icra hakimiyyətinin səlahiyyətlərinə aid müraciətlər qanun çərçivəsində həll olunub, əsassız müraciətlərlə bağlı isə vətəndaşlara izzahatlar verilib. İşlə bağlı müraciət edən vətəndaşlara qəbulda iştirak edən Dövlət Məşğulluq Agentliyinin 18 saylı Ərazi Məşğulluq Filialının nümayəndəsi tərəfindən vakant iş yerləri barədə məlumat verilib. Qəbulda vətəndaşlar ölkəmizdə həyata keçirilən islahatlara, əhalinin sosial rifah halının yüksəldilməsinə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirib . Geri dön |