Ana Sayfa > Region > "Hər səhər oyanıb görürük ki, qiymətlər bahalaşıb..." - GİLEY

"Hər səhər oyanıb görürük ki, qiymətlər bahalaşıb..." - GİLEY


24-02-2022, 09:13. Yazar: admin
"Hər səhər oyanıb görürük ki, qiymətlər bahalaşıb..." - GİLEY

Ötən həftədən bəri Naxçıvanda bəzi ərzaq məhsullarının qiyməti növbəti dəfə kəskin bahalaşıb. Məsələn, əvvəl qutusu 23 manata olan beş kiloluq "Azərsun" yağı 50 faizdən çox bahalaşaraq, 37 manat olub. Eyni çəkili "Teksun" yağının qiyməti isə 15 manatdan 20-yə yüksəlib. Bahalaşan ərzaqlar arasında un, çörək, yumurta v.s də var.
Bahalanmaya səbəb monopoliya, muxtar respublikaya gətirilən məhsullara qadağa, yaxud yüksək rüsum tətbiq edilməsi göstərilir. DİA.AZ-ın məlumatına görə, Naxçıvan şəhər sakini Zemfira Babayeva deyir ki, davamlı qiymət artımı onları maddi cəhətdən çıxılmaz duruma salıb:
" Hər səhər oyanıb görürük ki, qiymətlər bahalaşıb. Bu dəfə də əsasən yağlar bahalaşdı. Bizim ailə 4 nəfərdən ibarətdir. Gözümüzü 300 manat maaşa dikmişik. Ucuz olsun deyə," Teksun" alıb işlədirik. O da bir gecədə 5 manat bahalaşdı. Bahalaşan tək yağ deyil axı. Hər şey od qiymətinə olub. İndi gəl, bu gəlirlə, bu qiymətlərlə dolan görüm, necə dolanırsan".
50 kiloqramlıq un kisəsinin qiyməti isə, 35 manatdan 42 manata yüksəlib. Digər şikayətçi Nicat Məhərrəmov deyir ki, bu artım sakinləri daha çox narahat edir:
"Ucuz olsun deyə, gündəlik mağazadan çörək yox, aylıq sexlərdə bişirilən yuxa alırdıq. 50 kiloluq undan hazırlanan yuxanın qiyməti 18 manat bahalaşıb. Əvvəl 47 manat idi, indi 65 manat oldu. Gündəlik tələbat mallarından olan yumurtanın da qiyməti qalxıb. 30 ədəd lik yumurtanın qutusu 5 manatdan 6 manata qalxıb. Bahalaşmaya səbəb gömtükdür. İran və Türkiyədə bu məhsullar bizdən 4-5 dəfə ucuzdur. Digəl ki, gətirməyə imkan vermirlər. Gətirənlərə isə elə rüsum tətbiq edirlər ki, burdakından baha başa gəlir. Bir sözlə, monopoliya belimizi qırır".
Təxminən bir ay öncə də Naxçıvanda ərzaq məhsulları kəskin bahalaşmışdı.
Geri dön