Ana Sayfa > Region > Gürcüstanda baş verən zəlzələ Azərbaycanda 4 bala qədər hiss olunub - YENİLƏNİB - VİDEO

Gürcüstanda baş verən zəlzələ Azərbaycanda 4 bala qədər hiss olunub - YENİLƏNİB - VİDEO


14-02-2022, 09:12. Yazar: admin
Gürcüstanda baş verən zəlzələ Azərbaycanda 4 bala qədər hiss olunub - YENİLƏNİB - VİDEO

Gürcüstan ərazisində zəlzələ qeydə alınıb.

Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən məlumata görə, zəlzələ Azərbaycanın sərhəd rayonlarında 4-3 bala qədər hiss olunub

Ötən gün həm Ermənistanda, həm Gürcüstan-Ermənistan sərhədində, həm də Gürcüstanda zəlzələ olub.


Bu barədə APA-ya Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

Ən güclü təkan Gürcüstan-Ermənistan sərhədində baş verən zəlzələ zamanı qeydə alınıb. Bu səbəbdən titrəyişlər Azərbaycanın hər iki ölkə ilə həmsərhəd olan qərb rayonlarında hiss olunub.

Gürcüstan-Ermənistan sərhədində baş verən zəlzələ Azərbaycanın Qərb rayonlarında da hiss olunub.

Respublika Seysmoloji Xidmətindən APA-ya bildirilib ki, zəlzələnin maqnitudası 5,9 olduğu üçün güclü hesab edilir. Yeraltı təkanlar Azərbaycanın sərhəd rayonlarında da hiss olunub.
Geri dön