Ana Sayfa > Region > Paşinyan Azərbaycanın Ermənistana təyin etdiyi baş nazirdir - Davtyan
Paşinyan Azərbaycanın Ermənistana təyin etdiyi baş nazirdir - Davtyan7-01-2022, 15:42. Yazar: admin |
"Son vaxtlar Ermənistanın xəyanətkar hakimiyyəti öz bəyanatları ilə nəinki Azərbaycan cəmiyyətini qane etməyə, həm də İlham Əliyevin 30 illik diplomatik mübarizəsinə görə minnətdarlığını bildirməyə çalışır”. Vertikal.az qaynarinfo-ya istinadən xəbər verir ki, bu sözləri Azərbaycan üzrə ekspert Qarnik Davtyan deyib. Onun fikrincə, 2022-ci il xüsusilə Ermənistan, o cümlədən Qarabağ üçün kifayət qədər gərgin və siyasi anlamda ciddi inkişaflar ili olacaq: "Mən xüsusilə Nikol Paşinyanın sonuncu bəyanatlarına toxunaraq, Azərbaycanın bütün 30 illik apardığı təbliğatı erməni cəmiyyətinin beyninə yeridildiyinin və ya Ermənistan rəhbərliyi tərəfindən Azərbaycan yönlü bəyanatlar səsləndirilməsinin onun əliylə həyata keçirildiyini qeyd etmək istəyirəm. Düşünürəm ki, bu, ilk növbədə İ.Əliyevin 60 illik yubileyinə qiymətli bir hədiyyə oldu və bu da öz növbəsində Ermənistanın gələcəyi üçün kifayət qədər problemlidir. Bütün bunları nəzərə alsaq, məncə, Nikol Paşinyan bu gün Azərbaycanın Ermənistana təyin etdiyi baş nazirdir və Paşinyan Ermənistan vətəndaşlarının maraqlarını və hüquqlarını təmsil edən Ermənistanın baş naziri deyil. Bu kontekstdə 2022-ci il bizim üçün böyük ağır və gərgin ili olacaq, mən xüsusilə sərhədlərin demakrasiyası, delimitasiyası və Qarabağın statusu məsələlərini vurğulamaq istəyirəm. Həmçinin Qarabağ ermənilərinin mövcudluğunun və onların hüquqlarının müdafiəsinin şübhə altına alınacaq il olacağını da vurğulamaq istərdim. Artıq bizə aydındır ki, bu gün Ermənistan rəhbərliyi dövlətyönümlü xarici siyasəti deyil, İ.Əliyevin təklif və diktə etdiyi siyasəti rəhbər tutur. Ona görə də Paşinyan İ.Əliyevin sadaladığı tezisləri tətbiq edəcək və icrasını həyata keçirəcək”. Qarnik Davtyanın sözlərinə görə, Nikol Paşinyan 2018-ci ildən başlayaraq bütün bəyanatları ilə müharibəyə təkan verib, xüsusən də həmin hakimiyyət dövründə Türkiyə-Azərbaycan tandeminə qarşı həlledici müqavimət göstərilməyib: "2020-ci ildə 44 günlük Qarabağ müharibəsindən sonra Ermənistanın belinin qırılması davam edir, bu müddət ərzində orduda konkret dəyişiklik edilməyib. Hələ də silah-sursatlarla tam təchiz olunmayan mövqelərimiz var, üstəlik də əsirlərimizi qeyd etmək istərdim. Bu günə qədər 2021-ci il noyabrın 16-da Zəngəzur rayonundan əsir götürülmüş erməni əsgərlər Azərbaycanda saxlanılır. Belə çıxır ki, 2021-ci ildə Ermənistan il boyu itkilər verib. Bu ilin 2021-ci ildən daha yaxşı olacağını gözləməyə şübhə ilə yanaşıram, çünki gördüyümüz siyasi proseslər, xüsusən də 2021-ci ilin sonunda başqa şeydən danışır. Düşünürəm ki, Nikol Paşinyanın rəhbərliyi ilə dövlətin süqutunun ikinci mərhələsi başlayıb. Ermənistan hakimiyyəti sübut etməyə çalışır ki, Qarabağ ətrafında formalaşan ümummilli ideya, 30 il ərzində atılan addımlar puç olub. Bu hakimiyyətin bəyanatlarından sonra mən onlarda dövlətpərəst elementi görmürəm, hakimiyyət daha çox Türkiyə-Azərbaycan maraqlarına xidmət edir, ona görə də bu il ilk ciddi toqquşmalar ili olacaq və delimitasiya Ermənistanın siyasi həyatında kifayət qədər ciddi gərginlik mərhələsi açacaq. Bu gün Ermənistanda iki qütb açılıb, biri türk, digəri erməni olmaqla. Vətənin və Qarabağın erməniliyinin qorunub saxlanması uğrunda mübarizə aparan insanlar hakimiyyət tərəfindən "izqoy” elan ediləcək və təqiblərə məruz qalacaqlar. Bütün bunların məqsədi Ermənistanda milli azadlıq mübarizəsi mərkəzinin formalaşmasının qarşısını almaq olacaq”. Eyni zamanda o vurğulayıb ki, Azərbaycan Ermənistanda baş verən bu proseslərdən istifadə edərək, Ermənistan hakimiyyətinin qarşısında yeni nailiyyətlər əldə etmək üçün şərtlər qoyur, xüsusən, Sülh müqaviləsinin imzalanmasından və bu sazişdə Ermənistanın Qarabağdan imtinasına işarə edilir. Siyasi prosesləri müşahidə edərək deyə bilərəm ki, 2022-ci il ümumilikdə bütün dünya üçün çətin olacaq, xüsusən də Şərq-Qərb münaqişəsi kontekstində, mən xüsusilə Rusiyadan danışıram. Və Ukraynada müəyyən hərbi əməliyyatlar olarsa, bunun Ermənistana təsir etməyəcəyini gözləmək real deyil. Düşünürəm ki, orada toqquşmalar başlasa, bu bizə də ciddi təsir göstərəcək, yəni Türkiyə tərəfi fürsətdən istifadə edərək Ermənistanı konkret addımlar atmağa və qısa zamanda onları həyata keçirməyə məcbur etməyə çalışacaq. "Erməni soyqırımı”ndan imtina Azərbaycanın ərazi bütövlüyünün tanınması, Qarabağdan imtina və s. Bu gün erməni xalqının boynuna dolanan sülh tezisi əslində onu yeni soyqırıma hazırlayır, çünki onlar erməniləri tutub öldürməklə sülhə hazırlaşmırlar. Azərbaycanın daxilində anti-erməni təbliğatı aparmaqla edirlər”. Geri dön |