Ana Sayfa > Region > Lənkəran Tibb Kollecinin bütün işlərini görən Bahar Qəribova kimdir? - İLGİNC İDDİA
Lənkəran Tibb Kollecinin bütün işlərini görən Bahar Qəribova kimdir? - İLGİNC İDDİA5-01-2022, 15:25. Yazar: admin |
Məlum olduğu kimi son illər bir neçə nazir dəyişikliyi olsa da, ölkəmizin təhsil sistemində rüşvətə qarşı aparılan mübarizə hələ ki, heç bir effekt vermir. Son təhsil naziri Emin Əmrullayevin məktəblərdə pul yığılması ilə bağlı verdiyi məlum son açıqlama da bunu dolayısı yollarla təsdiq edir. Düzdü bu kimi hallara orta məktəblərdə artıq az yol verilir. Ali təhsil ocaqlarında da bu kimi işlər gizlin şəkildə həyata keçirilir. Amma,orta ixtisas müəssisələrində, yəni kolleclərdə təhsilin keyfiyyətinə nəzarət olmadığı kimi, rüşvət də baş alıb gedir. Bunlara isə daha çox bolgələrdə yerləşən kolleclərdə yol verilir. Lənkəran Tibb Kollecində olduğu kimi. Lənkəran Tibb Kollecində təhsil alan tələbələr nə edəcəklərini bilmirlər. Kollecin direktoru İqbal Əmənullayev özünün «qaydaları»nı tətbiq etməklə məşğuldur. Ən pis hal odur ki, bu «qaydalar» ancaq pul yığımında tətbiq olunur. Dövrü mətbuata olunan şikayətlərə görə ötən qış sessiyasında tələbələrdən imtahanlar üçün tələb olunan məbləğ 300 manat təşkil edib. Hazırda isə qiymətlərin artımı yenidən gözlənilir. Tələbələrin dediyinə görə, İqbal Əmənullayev «qiymət artımı»nı ölkədə baş verən bahalaşma və yuxarıların ondan əvvəlki illərə nisbətən daha çox pul istəməsi ilə izah edib. Amma tələbələrdən pul qoparmağın bir başqa yolu da direktor tərəfindən düşünülüb. Belə ki, İqbal Əmənullayevin tapşırığına əsasən imtahan sessiyasında kəsilən tələbə 500 manat ödəməlidir. Qeyd olunur ki, vəziyyətin belə bir şəkil alması tələbələrin ciddi narazılığına səbəb olub. İ.Əmənullayev çox vaxt iş yerində tapılmır. Onun haralarda olduğunu isə bilən yoxdur. Lənkəran Tibb Kollecində yaşanan problemlər təkcə bununla bitmir. Həmçinin tələbələrə biletin və qiymət kitabçasının satılması halları da müşahidə olunur. Tələbə bileti və qiymət kitabçası «şirinlik» müqabilində onlara verilir. Üstəlik, pulunu verən imkanlı tələbə dərslərə qatılmaya da bilər. Bütün bu yuxarıda göstərilənlər Lənkəran Tibb Kollecinin fəaliyyəti ilə dövrü mətbuatda yayılmış məlumatlardandır. Kollecdə tədrisin aşağı səviyyədə təkil olunması, rüşvətxorluğun baş alıb getməsi ilə yanaşı dövlət vəsaitləri də müxtəlif üsullarla mənimsənilir. Aktualinfo.org son illərdə Lənkəran Tibb Kolleci tərəfindən keçirilmiş kotirovka sorğusu prosedurları ətrafında araşdırmalar aparmışdır. Araşdırmalarda kollecinin Tender Komissiyası tərəfindən keçirilmiş kotirovka sorğusu prosedurlarında ciddi qanun pozuntularına yol verildiyinə, dövlət satınalmaları haqqında qanunun tələblərinə əməl edilməməsinə, bağlanmış müqavilələrdə saxtakarlıq hallarına yol verilməsi, habelə satın alınan malların (xidmətlərin) mümkün qiymətlərinin süni şəkildə şişirdildiyinə şübhələr yaradan bir sıra hallar məlum olmuşdur. Belə ki, kollecin Tender Komisiyisı uzun illərdir keçirdiyi kotirovka sorğuları üzrə satınalma müqavilələrini bir nəfərlə, Qəribova Bahar Nəriman qızı ilə həm fiziki şəxs kimi, həm də xanımın qanuni təmsilçisi olduğu iki MMC-lərlə bağlamışdır. “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununda isə bunun yolverilməz olduğu açıq-aydın göstərilib. Belə olan halda Tibb Kollecinin rəhbərliyini eyni şəxslə müxtəlif malların və xidmətlərin satınalması üzrə müqavilələr bağlamağa nə vadar edir? Təbii ki,Lənkəranda da, ətraf rayonlarda da eyni xidmətləri həyata keçirə biləcək şirkətlər kifayət qədərdir. Amma kollec direktorunun məhz Bahar Qəribovaya məxsus MMC-lərə üstünlük verməsi ortaya bir çox suallar çıxarır. Ən başlıca sual isə budur. Maraq nədir? Lənkəran Tibb Kolleci tərəfindən keçirilmiş, aşağıda təqdim etdiyimiz bir neçə kotirovka sorğularının nəticələrinə diqqət yetirdikdə suallar da artmağa başlayır. Digər malların alınması (büdcədənkənar vəsait) üzrə 9 704 manat məbləğində satınalma müqaviləsi 31.12.2021-ci il tarixdə “ŞAHİN KF” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır. Mişar daşından hasarın hörülməsi üzrə 13 485.83 manat məbləğində satınalma müqaviləsi 31.12.2021-ci il tarixdə “ŞAHİN KF” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır. Abadlaşdırma xidmətləri haqqının ödənilməsi ( büdcədənkənar vəsait ) üzrə 7 751.07 manat məbləğində satınalma müqaviləsi 31.12.2021-ci il tarixdə “ŞAHİN KF” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır. Dəftərxana və təsərrüfat xərcləri üzrə 9 808 manat məbləğində satınalma müqaviləsi 06.09.2021-ci il tarixdə “MTS-1964” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır. Maşin və avadanlıqlar üzrə 13 750 manat məbləğində satınalma müqaviləsi 06.09.2021-ci il tarixdə “ŞAHİN KF” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır. İstehlakyönlü müxtəlif xidmətlər ( büdcə ) üzrə 7 215 manat məbləğində satınalma müqaviləsi 06.09.2021-ci il tarixdə “ŞAHİN KF” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır. Dəftərxana və təsərrüfat xərcləri ( büdcə ) üzrə 9 808 manat məbləğində satınalma müqaviləsi 06.09.2021-ci il tarixdə “MTS-1964” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır. Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “ŞAHİN KF” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər İdarəsində 14.04.2015-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 2 manat olan MMC-nin hüquqi ünvanı LƏNKƏRAN RAYONU, GƏGİRAN, , ev YOX, m. YOX qanuni təmsilçisinin isə Qəribova Bahar Nəriman qızı olduğu göstərilir. Qeyd edək ki, “ŞAHİN KF” MMC-nin qanuni təmsilçisi olan Qəribova Bahar Nəriman qızı həm də Lənkəran Tibb Kollecinin daha əvvəllər də satınalma müqavilələri bağladığı “AMİN-TA” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisidir. Təkcə 2018-ci ildə Qəribova Bahar Nəriman qızı həm fiziki şəxs kimi, həm də “AMİN-TA” MMC-nin qanuni təmsilçisi kimi digər alış və xidmətlər, digər maşın və avadanlıqlar, abadlıq işləri, cari təmir işləri üzrə kotirovka sorğularının qalibi olub. Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “AMİN-TA” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər İdarəsində 14.04.2015-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 2 manat olan MMC-nin hüquqi ünvanı LƏNKƏRAN RAYONU, LƏNKƏRAN ŞƏHƏRİ, MƏMMƏD ƏSƏDOV, ev 3/35, m. YOX, qanuni təmsilçisinin isə Qəribova Bahar Nəriman qızı olduğu göstərilir. Göründüyü kimi, Lənkəran Tibb Kollecinin Tender Komissiyası keçirdiyi kotirovka sorğuları ancaq bir nəfərlə həyata keçirib. Bunları dövlət satınalmalarının vahid internet portalının bazasına yerləşdirilmiş məlumatlar da təsdiqləyir. Yuxarıda ortaya çıxan suallara daha bir sual əlavə etmək istərdik. Kimdir Lənkəran Tibb Kollecinin bütün işlərini həyata keçirən Bahar Qəribova? İşgüzar bir biznes ledi? Kollecin direktoru İqbal Əmənullayevin qohumu? Yoxsa hansısa bir yüksək vəzifəlinin qohumu? Aktualinfo.org Geri dön |