Ana Sayfa > Region > Tərtərdə şəhid və qazi övladları üçün bayram şənliyi təşkil edilib

Tərtərdə şəhid və qazi övladları üçün bayram şənliyi təşkil edilib


30-12-2021, 12:00. Yazar: admin
Tərtərdə şəhid və qazi övladları üçün bayram şənliyi təşkil edilib

Dekabrın 29-da Tərtər Rayon İcra Hakimiyyətinin və “Vəkiloğlu” MMC-nin birgə təşkilatçılığı ilə 44 günluk Vətən Müharibəsi şəhidləri və qazilərinin övladları ilə 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni təqvim ilinin başlanması münasibətiylə bayram şənliyi keçirilib.

"Tərtər” istirahət mərkəzində keçirilən bayram tədbirində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, müharibə veteranları, qazilər və onların fidan balaları iştirak ediblər.

Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canlarından keçən Vətən oğullarının əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tərtərdə şəhid və qazi övladları üçün bayram şənliyi təşkil edilib

Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni təqvim ilinin başlanması münasibətilə tədbir iştirakçılarını təbrik edib. Qeyd edib ki, ölkə rəhbəri, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbə hesabına qarşıdan gələn 2022-ci ili qalib xalqın nümayəndələri kimi qarşılayırıq.

Tərtərdə şəhid və qazi övladları üçün bayram şənliyi təşkil edilib

Bildirib ki, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ötən il sentyabrın 27-də rəşadətli Azərbaycan Ordusu əks hücuma keçərək işğal altında olan torpaqlarımızı azad etdi. Son 200 il ərzində ilk dəfə olaraq ermənilərlə olan münaqişə Qələbə ilə başa çatdı. Vətən müharibəsi günlərində dövlətimizin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev özünü dahi ictimai-siyasi xadimdən əlavə həm də bacarıqlı sərkərdə kimi göstərdi və Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur edildi. Bu isə Prezident İlham Əliyevin dahi intellekti və müdrik siyasəti sayəsində əldə olundu. Vurğulayıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə düşmən üzərində qazanılan şanlı Qələbədə Ordumuzun və döyüşlərdə iştirak edən əsgər və zabitlərimizin qəhrəmanlığı xüsusi qeyd edilməlidir. Biz döyüşlərdə şəhid olmuş soydaşlarımızın ruhu qarşısında baş əyir, onlara Ulu tanrıdan rəhmət diləyirik. Qədirbilən xalqımız onları heç vaxt yaddan çıxarmayacaq.

Tərtərdə şəhid və qazi övladları üçün bayram şənliyi təşkil edilib

Rayon rəhbəri qeyd edib ki, Vətən müharibəsində məkrli düşmən müharibənin aparılmasının beynəlxalq hüquq normaları ilə müəyyən olunmuş qaydalarını pozaraq, dəfələrlə Tərtər şəhəri də daxil olmaqla 40 yaşayış məntəqəmizə 16 min 277 top, tank, qrad mərmisi, 21 qadağan olunmuş raket atıb. Ancaq tərtərlilər bir gün də olsun öz doğma yurdlarını və ev-eşiklərini tərk etməyib, evləri dağılsa da, şəhidlər versə də, ön cəbhədə olduğu kimi arxa cəbhədə də qəhrəmanlıq, şücaət göstəriblər.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Tərtər rayon şöbəsinin sədri Vidadi Məmmədzadə, şəhid atası Qüdrət Aslanov, qazilər-Sadiq Abbaslı, İnqilab Qayıbov çıxış edərək 44 günlük Vətən Müharibəsində şəhidlərimizin qanının yerdə qalmadığını, tarixi bir qələbənin qazanıldığını və bu qələbədə hər bir əsgərin Vətən qarşısındakı borcunu şərəflə yerinə yetirdiyini söyləyiblər. Qeyd ediblər ki, torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimiz heç zaman unudulmayacaq, onların əziz xatirəsi qəlbimizdə daim yaşayacaq.

Şəhid valdeyinləri və qazilər onlara göstərilən xüsusi diqqət və qayğıya görə dövlətimizin başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Sonda şəhid və qazilərimizin fidan balalarına hədiyyələr, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət komitəsinin bayram sovqatı təqdim olunub.

Vertikal.az
Geri dön