Ana Sayfa > Region > Erməni hərbçi: Kəlbəcəri yandırdıq, dağıtdıq... - VİDEO
Erməni hərbçi: Kəlbəcəri yandırdıq, dağıtdıq... - VİDEO23-12-2021, 11:41. Yazar: admin |
Birinci Qarabağ müharibəsində döyüşən erməni hərbçinin işğal olunmuş Azərbaycan əraziləri bağlı etiraflarının yer aldığı video sosial şəbəkələrdə yayılıb. DİA.AZ axar.az-a istinadən xəbər verir ki, Ermənistanın “Lratvakan” radionun efirində çıxış edən erməni hərbçi Laçın və Kəlbəcəri dağıtdıqlarını etiraf edir: “Biz Laçını, Kəlbəcəri “azad etdik”, amma hər şeyi yandırdıq, dağıtdıq. Buna görə bizim indi iqtisadiyyatımız yoxdur. Təsəvvür edin, əgər bütün “azad olunmuş” ərazilərdə iqtisadiyyat olsaydı, nələr olardı. Ağdam 5 Xankəndi ərazisinə bərabərdir. Ağdam bütün iqtisadiyyatı ilə Ermənistana xidmət edərdi. Fransa ermənisi Armenak Abramyanla mən Kəlbəcərdə ev-ev gəzirdik ki, ərazini yandırmasınlar. Onlara deyirdik ki, “bu bizim evlərimizdir, ölkəmizdir yandırmayın”. Amma onlardan elələri var idi ki, sanki yandırmaq, dağıtmaq üçün təlimat almışdılar. O zaman İrəvanda aclıq idi, qaz da yox idi. Kəlbəcərdə isə kiçik və böyük qaz balonları var idi və onları partladırdılar. Heç olmasa fikirləşərdilər lazımi şeyləri çıxarardılar”. Geri dön |