Ana Sayfa > Region > "Ermənistan-Türkiyə münasibətlərinin normallaşması yeni fəlakət deməkdir" - Abramyan
"Ermənistan-Türkiyə münasibətlərinin normallaşması yeni fəlakət deməkdir" - Abramyan20-12-2021, 12:57. Yazar: admin |
“Ermənistan-Türkiyə münasibətlərinin “normallaşması” yarıgizli prosesinin ən təhlükəli tərəfi səfir seçmək mövzusu deyil”. KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan parlamentində müxalifətin “Şərəflə” fraksiyasından olan deputat, təhlükəsizlik üzrə ekspert Tiqran Abramyan Facebook səhifıəsində yazıb. “Dənizdə sunami olarsa, o zaman fəlakətin episentrində olan adamın üzməyi bilib-bilməməsinin heç bir əhəmiyyəti yoxdur. Problem ondadır ki, Ermənistan hakimiyyəti şüurlu şəkildə qalib gəlmək, qalib olmaq şansı olmayan prosesə daxil olur”,- deyə o qeyd edib. Daha sonra Abramyan Ermənistanın Türkiyə ilə münasibətlərinin normallaşmasını “yeni fəlakət” kimi qələmə verib. “Ermənistan hakimiyyəti həm Türkiyənin normallaşma prosesinə ilkin şərtlərlə başladığını anlayır, həm də onun nəticələrini anlayaraq, bu avantürizmə təslim olur. Bu proses Ermənistan hakimiyyətinin təhlükəsizlik, regional, geosiyasi məsələləri arxa plana keçirmək, sosial-iqtisadi faktoru gündəmə gətirmək üçün təbliğat kampaniyası ilə müşayiət olunur. Bu, insanları inandırmaq üçün qısa və işlək variantlardan biridir”,- deyə Abramyan əlavə edib. “Əgər təhlükəsizlik yoxdursa, heç vaxt firavanlıq da olmayacaq”,- deyə o, fikrini yekunlaşdırıb. Geri dön |