Ana Sayfa > Region > Erməni silahlısı Qarabağda yaralandı

Erməni silahlısı Qarabağda yaralandı


6-12-2021, 01:03. Yazar: admin
Erməni silahlısı Qarabağda yaralandı
Erməni əsgər Qarabağda döyüş postunda ağır yaralanıb.

Musavat.com xəbər verir ki, bu barədə erməni teleqram səhifələri məlumat yayıb. Məlumatda bildirilir ki, 2002-ci il təvəllüdlü Qod Eduard oğlu Martirosyan dekabrın 5-də saat 21:30 radələrində yaralanıb.

Onun özünü "Artsax müdafiə ordusu" adlandıran separatçılar tərəfindən qeyri-müəyyən şəraitdə döyüşə çağırıldığı qeyd olunub.

Hadisənin səbəbləri araşdırılır.
Geri dön