Ana Sayfa > Region / Manşet > Şamaxının icra başçısı özünə yeni biznes qurub
Şamaxının icra başçısı özünə yeni biznes qurub8-05-2015, 12:08. Yazar: admin |
Şamaxının icra başçısı Asif Ağayev yeni biznes qurub. JAM.AZ-a verilən məlumata görə, sözügedən şəxsin yeni biznesi torpaqla bağlıdır. Belə ki, Asif Ağayev rayonun Çüxuryurd kəndinin yaxınlığındakı ərazilərdən torpaq qatını maşınlara dolduraraq, harasa göndərir. Kənd camaatı üçün yararlı olan və əkinçilik sahələrinin qazılaraq, daşınması isə etirazla müşahidə edilsə də, bir nəticəsi olmayıb. Məlumatda iddia olunur ki, torpağın hums qatının bir maşını 500 manata satılır. Lakin bu torpağın hara daşındığı kimsəyə məlum deyil. Camaatın Ekologiya və Təbii Sərvətlər Nazirliyinə edilən şikayətlərə da baxan olmayıb. Qarşı tərəfi də dinləməyə hazırıq. Geri dön |