Ana Sayfa > Region > Şamaxıda zəlzələnin fəsadları ilə bağlı YENİ AÇIQLAMA
Şamaxıda zəlzələnin fəsadları ilə bağlı YENİ AÇIQLAMA22-11-2021, 13:50. Yazar: admin |
Noyabrın 20-də Şamaxı ərazisində baş vermiş zəlzələdən sonra fəsadlarla bağlı 15 müraciət daxil olub. Vertikal.az xəbər verir ki, bu barədə Trend-ə Şamaxı rayon İcra Hakimiyyətindən məlumat verilib. Bildirilib ki, bu istiqamətdə araşdırmalar davam etdirilir. "Müraciətlər var, lakin zərər müəyyənləşdirilməyib. Araşdırmalar aparılır. Müraciətlərin əksəriyyəti 2019-cu ildə baş vermiş zəlzələ zamanı ziyan dəymiş tikililərlə bağlıdır və bu təkanlardan sonra həmin evlərdə yenidən zərər artıb. Həm kəndlərdən, həm də Şamaxı şəhərindən müraciətlər var" - deyə qurumdan bildirilib. Ağsuda da bəzi tikililərə zərər dəyməsi ilə bağlı məlumatlar yayılsa da, Ağsu rayon İcra Hakimiyyətindən bildirilib ki, bununla bağlı heç bir müraciət daxil olmayıb. "2 il bundan qabaq baş vermiş zəlzələdə 3500-ə yaxın evə baxış keçirilmişdi. Son zəlzələdə isə rayondakı tikililərə heç bir zərər dəyməyib" - deyə qeyd olunub. Qeyd edək ki, 2 gün əvvəl Şamaxı ərazisində ardıcıl olaraq 5,1 bal və 4,5 bal gücündə iki zəlzələ olub. Ətraf rayonlarda isə təkanlar 3-4 bal gücündə hiss olunub. Zəlzələdən sonra 10-15 təkan qeydə alınıb. Geri dön |