Ana Sayfa > Region > "Hökumət deyirsə, bura Azərbaycanındır, onda nə danışıqlar aparırıq?" - Orbelyan
"Hökumət deyirsə, bura Azərbaycanındır, onda nə danışıqlar aparırıq?" - Orbelyan12-11-2021, 10:31. Yazar: admin |
"Oxşar vəziyyətdə olan bir ölkədən olsaydım, eyni addımları atardım: əvvəlcə silahlı qüvvələr, sonra polis xidməti, sonra gömrük məntəqəsi, bir müddət sonra hasarımız olacaq, bir müddət sonra "pulsuz" mağaza açmaq vəzifəsi ola bilər, bütün bunlar sadə və məntiqli, gözlənilən proseslərdir". Unikal.org news.am-a istinadən xəbər verir ki, bu sözləri erməni mütəxəssis, vəkil Orbelyan deyib. O, mətbuata Gorus-Qafan yolunda Azərbaycan postlarının qurulmasından danışıb: “Hər şey çox aydındır, məntiqlidir, mən hələ ötən il noyabrın 10-da həmin gömrük məntəqəsi haqqında danışmışam, bu gözlənilən idi. Gömrük məntəqəsinin yerləşdiyi hissə Azərbaycandır və biz buranın Azərbaycan olduğunu qəbul edirik, daha nə danışıq aparırıq? Demarkasiya-sərhəd prosesi sərhədi dəyişmək üçün deyil, harada olduğunu anlamaq üçün edilir. Yalnız sərhəd dəqiqləşəndən sonra biz ərazilərin mübadiləsi ilə bağlı danışıqlar apara bilərik, amma kimlərsə artıq bəyan edibsə ki, bu, Azərbaycandır, o zaman biz nə danışıqlar aparırıq? Ona görə də siz deyəndə ki, demarkasiya danışıqları getməlidir, onlar (red. Ermənistan hökuməti) çoxdandır ki, danışıqlar aparmadan hissələrin demarkasiyasına qərar veriblər" Geri dön |