Ana Sayfa > Region > Ermənilər Şuşadan necə qaçdıqları barədə sənədli film hazırladılar - VİDEO
Ermənilər Şuşadan necə qaçdıqları barədə sənədli film hazırladılar - VİDEO11-11-2021, 11:36. Yazar: admin |
Noyabrın 4-də erməni rəsmi təbliğatçıları Şuşa ətrafında Azərbaycan qüvvələri gördüklərini bildiriblər. Unikal.org xəbər verir ki, bu məlumatlar Ermənistanın işğal etdikləri Şuşa şəhərindən necə qovulmaları haqqında hazırladıqları sənədli filmdə yer alıb. Bildirilib ki, Azərbaycan hərbi qüvvələri noyabrın 4-ü səhər Şuşanın kənarına çatıblar. Döyüşlər şəhərin girişindən bir neçə yüz metr aralıda çəkilmiş elektrik şəbəkəsinin yaxınlığında gedirdi. Bir neçə saat davam edən şiddətli döyüşlər zamanı mer Artsvik Sarkisyanın qardaşı da öldürülüb. Sarkisyanın sözlərinə görə, mövqeyi qorumaq mümkün olmayıb və Azərbaycan xüsusi təyinatlıları pikaplarla İsa bulağına çatıblar. Həmin anda isə XTQ dağlardan Şuşa şəhərinə qalxmışdı. Yəni XTQ ermənilərin Şuşa ətrafında mövqeyini qırıb, onlar xüsusi təyinatlılarımızın Şuşa şəhərinə dağlarla qalxdığını görəndə isə artıq gec idi. Pulemyotla vurulan igidlər qanları axsa da daim irəliyə gedib düşməni əzirdi. Qondarma qurumunn "Tarix Muzeyinin direktoru" Aşut Arutyunyan deyir ki, onlar 4 nəfərlə maşına minib qaçanda Azərbaycan tərəfi artıq telekommunikasiyanı tamamilə kəsmişdi, mobil telefonla heç yerə zəng etmək olmurdu: Biz gedəndə geri çəkilən ordumuzu gördük. Onlar dəstə-dəstə Xankəndinə enirdilər. İki qrupu dayandırdım. Dedilər ki, komandirimiz yoxdur, "Stepanakertə" çəkilirik. Deməli, 500 nəfər Azərbaycan XTQ-ni görən 2000 nəfərlik erməni dəstələri Xankəndinə doğru qaçmağa başlayıb. Artıq ayın 5-də vəziyyət saatdan-saat dəyişirdi, daha da pisləşirdi. Baş nazirin o vaxtkı müavini Tiqran Avinyanın ofisinin rəhbəri Varaq Siseryan xatırlayır ki, o, həmin gün günorta Stepanakertdən Şuşiyə qalxan zaman yol sakit idi, elə həmin axşam vəziyyət açıq-aydın gərginləşmişdi: şəhər bombalanıb, yüzlərlə qoşunlar Şuşini tərk etdi. Varaq Siseryan bildirib ki, artıq 5 noyabr gecə yarısından sonra Şuşa onların nəzarətində olmayıb: Mövqeyimizdən enəndə bir neçə kilometr yol getdik, Şuşadən artıq snayperlər bizə atəş açırdılar və bundan belə nəticəyə gəlmək olar ki, şəhər artıq bizim nəzarətimizdə deyildi. Siseryan bildirib ki, azərbaycanlılar Şuşaya şimşək kimi gəldi: "Onlar 2 istiqamətdə, 28 il əvvəl erməni qoşunlarının işğal etməyə gəldiyi eyni yollarla gəldilər. Fərq ondadır ki, keçmiş komandan Samvel Babayan deyir ki, 1992-ci ildə erməni qüvvələri Şuşaya Şuşakənddən, Azərbaycan isə Hadrutdan azərbaycanlılar gəlib. Babayanın sözlərinə görə, alınmaz sayılan qala şəhəri cəmi 500 nəfər Azərbaycan xüsusi təyinatlı dəstəsi ilə, artilleriyasız pulemyotlar tərəfindən nəzarətə götürülüb. Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Hovhannisyan noyabrın 6-da televiziyada gurultu ilə çıxış edirdi ki, "Şuşa alına bilməz, Şuşa bizimdir". Oğlu ilə sonuncu dəfə noyabrın 7-də danışan erməni valideyn bildirib ki, oğlu Karen heç Şuşada olmayıb: "Dağ kimi uşaq doğdum, əvəzinə çəkməsini verdilər, uşağımdan mənə qalan budur". Qeyd olunub ki, müharibədən 1 il keçsə də hələ də bir-birini günahlandıran erməni rəsmiləri Şuşa döyüşlərindəki məğlubiyyətin səbəbkarı kimi gah hakim Nikol Paşinyanı, gah Aşot Arutyunyanı, gah Seyran Ohanyanı, gah da digər hərbi rəhbərləri ittiham edirlər. Geri dön |