Ana Sayfa > Region > Göygöl icra hakimiyyəti əməkdaşlarına "xarı bülbül" İTTİHAMI - "Zəfər simvolu"nu ələ saldılar
Göygöl icra hakimiyyəti əməkdaşlarına "xarı bülbül" İTTİHAMI - "Zəfər simvolu"nu ələ saldılar10-11-2021, 09:17. Yazar: admin |
Göygöl sakinləri rayon İcra Hakimiyyəti aparatının bütün əməkdaşlarını "Zəfər simvolu" sayılan "xarı bülbül"-ə qarşı hörmətsizlikdə ittiham ediblər. "Demokratik.Az"-a müraciət edən sakinlərin bildirdiyinə görə, dünən bütün ölkəmizdə olduğu kimi, Göygöl şəhərinin mərkəzində də baş tutan 8 NOYABR "ZƏFƏR GÜNÜ"nə dair rəsmi tədbirdə tədbirin təşkilatçılarının kobud nöqsana yol verdikləri diqqət çəkib. Redaksiyamıza göndərilən şəkillərdən də aydın olur ki, rayon İHB-nin əməkdaşları bilməzlikdən və ya qəsdən "xarı bülbül" çiçəyinin görünüşünü tərs təqdim ediblər. Həm İHB binasından asılan rəsmdə, eləcə də Heydər Əliyevin büstü yanında qoyulan tədbir çələngində "xarıbülbül"ün baxışı soldan sağa deyil, sağdan sola doğru təhrif edilib. Şəkillərdən bəlli olur ki, icra hakimiyyəti aparatında təmsil olunan məmurların heç biri, eləcə də toplantıdakı digər qonaqlar da sözügedən nöqsanın fərqinə varmayıblar. Sözügedən hal böyük məsuliyyət yaratmasa da, əhəmiyyətli dövlət tədbirinin təşkilində Göygöl icra hakimiyyətinin bütün rəhbər şəxslərinin diqqətsizliyi kimi görünür... Geri dön |