Ana Sayfa > Region > Gürcüstanda daha 68 nəfər COVID-19-dan öldü
Gürcüstanda daha 68 nəfər COVID-19-dan öldü6-11-2021, 10:56. Yazar: admin |
![]() Gürcüstanda son sutkada daha 5 240 nəfərə koronavirus diaqnozu qoyulub, 68 nəfər vəfat edib. Vertikal.az xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib. Bununla da qonşu ölkədə indiyədək COVID-19-a yoluxanların sayı 748 751-ə, ölənlərin sayı isə 10 368-ə yüksəlib. Ötən 24 saat ərzində 2 235, ümumilikdə isə 684 154 nəfər müalicə olunaraq sağalıb. Geri dön |