Ana Sayfa > Region > Tərtərdə şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına 30 medal təqdim olundu

Tərtərdə şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına 30 medal təqdim olundu


14-10-2021, 22:44. Yazar: admin
Tərtərdə şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına 30 medal təqdim olundu

Tərtər Rayon Dövlət Rəmzləri Muzeyində Tərtər Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətini Tərtər rayon şöbəsinin birgə təşkilatçılığı ilə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ərazilərimizin işğaldan azad olunması uğrunda aparılan hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirərək Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə yüksəlmiş tərtərli igidlərin ailələrinə və Vətən müharibəsi iştirakçılarına orden və medalların təqdimetmə mərasimi keçirilib.

Tərtərdə şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına 30 medal təqdim olundu

Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidlərin ailə üzvləri, qazilər, Qarabağ Müharibəsi veteranları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər, sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.

Tərtərdə şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına 30 medal təqdim olundu

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov tədbiri giriş sözü ilə açaraq şəhidlərimizin döyüş yoluna nəzər salıb, onların əsl vətənpərvər, qorxmaz, cəsur və yüksək nizam-intizamlı hərbçi olduqlarını bildirib. Qeyd edib ki, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimiz heç zaman unudulmayacaq, onların əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır.

Rayon rəhbəri Vətənə layiqli oğullar yetirdiklərinə görə şəhid ailələrinə, qazilərimizə öz minnətdarlığını bildirdi. Vətən müharibəsində şücaət və qəhrəmanlıq göstərərək işğal olunmuş torpaqlarımızın azad olunmasında fərqləndiklərinə görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən təltif edilən hərbi qulluqçuları təbrik edərək şəhidlərimizə rəhmət dilədi, qazilərimizə isə tezliklə sağlamlıqlarına qovuşmalarını arzuladı. Şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıdan danışan rayon rəhbəri vurğuladı ki, ölkəmizdə şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğı dövlət siyasətinin prioritet məsələlərindəndir.

Tərtərdə şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına 30 medal təqdim olundu

Ölkəmizdə ordu quruculuğu sahəsində aparılan islahatlardan da danışan icra başçısı, Azərbaycan Ordusunun yaranmasında ulu öndər Heydər Əliyevin müstəsna xidmətlərini qeyd edərək bildirdi ki, bu gün Ümummilli Liderimizin ordu quruculuğu siyasəti möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə öz gücünü Vətən müharibəsində bir daha ortaya qoydu. Müzəffər Ali Baş Komandan və Müzəffər Azərbaycan Ordusu tarixi qələbə ilə Azərbaycan tarixində yeni səhifə açdılar. 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Qələbə bizim milli qürur mənbəyimiz, çox şərəfli tariximizdir. Bu Zəfəri xalqımıza yaşadan Müzəffər Ali Baş Komandan və rəşadətli Azərbaycan Ordusudur.

Qeyd olundu ki, xalqımızın “dəmir yumruq” ətrafında sıx birləşməsi, Azərbaycan Ordusunun qüdrəti, gənclərimizin Vətən sevgisi, əsgərlərimizin döyüşlərdəki şücaəti, Silahlı Qüvvələrimizin gücü, xalq və ordu birliyi sayəsində işğal altındakı torpaqlarımız işğaldan azad edildi, tarixi ədalət bərpa olundu.

Vertikal.az
Geri dön