Ana Sayfa > Region > Sabirabadda məmurlar arasında ÇƏKİŞMƏ... - İLGİNC İDDİALAR...

Sabirabadda məmurlar arasında ÇƏKİŞMƏ... - İLGİNC İDDİALAR...


14-10-2021, 12:28. Yazar: admin
Sabirabadda məmurlar arasında ÇƏKİŞMƏ... - İLGİNC İDDİALAR...

Azərsutəchizattikinti” ASC-nin sədri Mirəzəcan Xəlilov 15 ildir ki, Sabirabad Kommunal Müəssisələri Kombinatının ərazilərini zəbt edib və həmin ərazidə Şadlıq evi tikib. Bu barədə “Muğanın səsi” qəzetinə Sabirabad Kommunal Müəssisələri Kombinatının direktoru Hüseynxan Məlikov məlumat verib.

Başlarına gələnləri danışan və ictimailləşməsini istəyən H.Məlikov bildirib ki, Sabirabad şəhəri Heydər Əliyev prospekti 45 ünvanda yerləşən “Gülüstan” mehmanxanası 2005-ci ilin iyunun 22-dək Sabirabad Komunal Müəssisələri Kombinatının balansında olub. Həmin tarixdə 0,34 ha torpaq sahəsi olan adı gedən mehmanxana kombinatın bir qrup işçisi tərəfindən özəlləşdirilib və bir müddət sonra isə Mirzəcan Xəlilovun oğlu Vüsal Xəlilova satılıb. Ancaq Vüsal Xəlilov qeyd olunan ərazi ilə yanaşı satın aldığı mehmanxanaya aid olmayan, kombinata məxsus 0,81 ha torpaq sahəsini və balans dəyəri 12871,04 manat olan daşınmaz əmlakı da zəbt edib.

Hüseynxan Məlikovun sözlərinə görə Xəlilovlar “Gülüstan” mehmanxanasının arxa hissəsində kombinata məxsus 0,81 ha torpaq sahəsini və onun üzərində olan mal-materialı ələ keçiriblər. Az bir müddətdə Kombinatın balans dəyərində olan qazanxananı (1847.88 manat), su hövuzunu (5231.88 manat), qülləli su çənini ( 1674.62 manat) sökərək və 121 kv.m asfalt sahəsini(4116.66 manat) dağıdaraq “Kür-Araz” şadlıq sarayı inşa etdiriblər.

Hüseynxan Məlikov bildirib ki, qazanxananın baca borusunu doğratdırıb şadlıq sarayının tikintisində istifadə ediblər. Kombinatın “Qülləli çən”ini də bu gün də onların xidmətindədir.

Hüseynxan Məlikov qeyd edib ki, dəfələrlə Mirzəcan Xəlilova, bu məsələ ilə bağlı digər aidiyyəti təşkilatlara müraciət etsə də, onun müraciəti bu günədək nəticəsiz qalıb.

Qeyd edək ki, 1954-cü ildə Sabirabad rayonunun Kovlar kəndində anadan olan Mirzəcan Xəlilov 2005-ci ildə 63 saylı Sabirabad I Seçki Dairəsindən deputatlığa namizəd olub. Hakim Yeni Azərbaycan Partiyasının siyahısı ilə deputat olmaq istəyən Mirzəcan Xəlilov seçkidə məğlub olub. 2006-cı ildə təkrar seçkidə 44 saylı Sumqayıt Seçki Dairəsindən namizəd olsa da, bu dəfə də deputat mandatı qazana bilməyib. Hakimiyyətin yuxarı qatlarında nədənsə bu şəxsə qarşı bir inamsızlıq hiss edilib. Onun 2010-cu il parlament
seçkilərində də 65 saylı Sabirabad dairəsindən də mandat almaq ümidləri doğrulmayıb.

2015-ci il parlament seçkilərində də Mirzəcan Xəlilovun adı hakim partiyanın namizədləri siyahısına daxil edilməyib. Mirzəcan Xəlilov YAP-ın üzvü olsa da fərdi qaydada namizədliyini 41 saylı Sumqayıt Seçki Dairəsindən irəli sürüb. Baxmayaraq ki, YAP-ın siyahıdan kənarda fərdi qaydada namizədliyini irəli sürən YAP üzvlərinə qadağası elan edilmişdi. Nədənsə bu qadağanı pozan Xəlilov partiyadan çıxarılmadı. Əksinə, 41 saylı Sumqayıt seçki dairəsindən YAP-ın vahid namizədi, həmin dairənin deputatı Leyla Abdullayeva seçkilərdən qəfil geri çəkildi. M.Xəlilov deputat mandatına məhz bundan sonra sahib ola bilib.

Mirzəcan Xəlilov 2020-ci il Milli Məclisə keçirilən seçkilərdən isə kənarda qalıb. KİV-dən o da məlumdur ki, “Azərsu” ASC-nin ən böyük layihələrində bir qayda olaraq nə işdirsə məhz Mirzəcan Xəlilovun rəhbərlik etdiyi “Azərsutəchizattikinti” ASC milyonlarla manatlıq tenderlərin qalibi elan olunur.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

pia.az
Geri dön