Ana Sayfa > Region > Füzulinin işğaldan azad olunmasından 1 il ötdü
Füzulinin işğaldan azad olunmasından 1 il ötdü14-10-2021, 08:36. Yazar: admin |
23 avqust 1993-cü il tarixində Erməni silahlalı qüvvələri tərəfindən işğal olunan Füzuli rayonu, bir çox ətraf kənd və qəsəbələrinin bir hissəsi 5 yanvar 1994 cü ildə Ümummilli Lider Heydər Əliyevin əmri ilə başlamış hərbi əməliyyatlar zamanı azad olunsa da, rayon mərkəzi də daxil olmaqla rayon ərazisinin böyük bir hissəsi artıq 27 il idi ki, işğal altında idi. Birinci Qarabağ Müharibəsində yüzlərlə şəhid verən Füzuli sakinlərinin böyük əksəriyyəti uzun illər boyu respublikanın müxtəlif regionlarında ağır şəraitdə köçkünlük həyatı yaşamağa məcbur oldular. 27 sentyabr 2020-ci il də Ali Baş Komandanın əmri ilə başlanan Azərbaycan Ordusunun uğurlu əks-hücüm əməliyyatları nəticəsində işğal altında olan bir neçə yaşayış məntəqələrinin düşmən tapdağından azad olunması xalqımızın qəlbində qələbəyə olan inamı artırdı. Bütün xalq bir yumruq kimi Ali Baş Komandanın ətrafında six birləşərək ordumuza dəstək oldu. 27 il işğal altında olan Füzuli rayonu ərazisində olan düşmən ordusu təmas xətdində uzun illər boyu çox güclü müdafiə sistemləri qurmuş, beton konstruksiyalı bir neçə müdafiə səngərləri çəkmişdi. İşğal müddətində mənfür düşmən rayon ərazisində olan bütün yaşayış məskənlərini, tarixi-dini abidələri, mədəniyyət, təhsil, səhiyyə ocaqlarını yerlə yeksan etmiş, bütün infrastrukturu məhf etmişdi. Şanlı ordumuzun Vətən Müharibəsində qarşısında duran əsas missiyalardan biri də Füzuli şəhərini və onun ətraf ərazilərini düşməndən azad etmək idi. Erməni təxribatlarına çavab olaraq başlayan İkinci Qarabağ müharibəsində Füzuli rayonu və onun ətraf ərazilərinin işğaldan azad edilməsi xüsusi əhəmiyyətə malik idi. Azərbaycan ordusunun gücü, Azərbaycan əsgərinin qəhrəmanlığı və şücaəti qarşısında düşmən duruş gətirə bilmədi. 17 oktyabr 2020 –ci il tarixində Füzuli rayonu və onun bir çox yaşayış məntəqələri düşmən tapdağından azad olundu. Füzulidə daşı-daş üstündə qoymayan düşmən ağır itkilər verərək geri çəkilməyə məcbur oldu. Bu torpağın əsil sahibləri qanları, canları bahasına azad etdikləri doğma torpaqlarımızda üç rəngli bayrağımızı dalğalandırdılar. On minlərlə soydaşımızın vətən həsrətinə son qoyuldu. Bütünlüklə, yerlə yeksan edilən Füzulidə şanlı qələbəmizdən az sonra yeni infrastruktur layihələrinin icrasına başlanıldı. Zəfər yolunun çəkilişləri başlanıldı, yeni hava limanının təməli qoyuldu. Artıq bu işlər yekunlaşır və Füzulinin bərpası, yenidən qurulması və daimi sakinlərinin yenidən oz yurd- yuvalarına qayıda bilmələri üşün Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında dovlətimiz əməli addımlar atır. İnanıram ki, yaxın gələcəkdə bütün azad olunmuş rayonlarımız, kəndlərimiz, qəsəbələrimiz kimi Füzulidə də yenidən həyat canlanacaq və vətən uğrunda canından keçən şəhidlərimizin, vətən həsrəti ilə dünyasını dəyişən soydaşlarımızın ruhları şad və rahat olacaq. Metin Hüseynov siyasi ekspert Geri dön |