Ana Sayfa > Region > Saakaşvili həbsdə həlak olacaq, yoxsa azad ediləcək? - AKTUAL

Saakaşvili həbsdə həlak olacaq, yoxsa azad ediləcək? - AKTUAL


11-10-2021, 14:05. Yazar: admin
Saakaşvili həbsdə həlak olacaq, yoxsa azad ediləcək? - AKTUAL

"Adətən aclığın iki nəticəsi olur. Ya aclıq edən insan zamanla aclığı dayandırır, ya da sona kimi yola davam edərək həlak olur”.

Bunu Qaynarinfo-ya açıqlamasında politoq Zərdüşt Əlizadə Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin keçirdiyi aclıq aksiyası ilə bağlı danışarkən deyib. Politoloq bildirib ki, Saakaşvilinin həyatı onun özündən asılı olacaq:

"Hakimiyyət onun istəyini yerinə yetirməsə, özü itaət edib aclığı dayandırmalıdır”.

Hakimiyyətin onun istəyini yerinə yetirməsi məsələsinə gəlincə, politoloq hesab edir ki, bu, Gürcüstan hakimiyyətinin xaricə təsir imkanları ilə bağlıdır:

"Əgər hakimiyyət hesablayırsa ki, Saakaşvilini öldürmək ona daha çox xeyir gətirəcək, nəinki xaricdə öz şəninə ziyan vurmaq, onda geri çəkilməyəcək və Saakaşvili də geri çəkilməsə, həlak olacaq. Əgər hakimiyyət hesab eləsə ki, Saakaşvili onun üçün heç bir təhdid təşkil etmir, onda buraxacaq ki, getsin, Ukraynada öz islahatları ilə məşğul olsun”.
Geri dön