Ana Sayfa > Region > İcra başçısı növbəti dəfə Milli Məclisin deputatı ilə birgə vətəndaşları qəbul edib
İcra başçısı növbəti dəfə Milli Məclisin deputatı ilə birgə vətəndaşları qəbul edib1-10-2021, 11:33. Yazar: admin |
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və Milli Məclisin deputatı Sahib Aliyev karantin qaydalarının tələblərinə əməl etməklə vətəndaşları qəbul edib. Şəhid ailələri, qazilər növbədənkənar qəbul edilib, icra hakimiyyətinin səlahiyyətləri çərçivəsində bəzi problemlər yerində həll olunub, bəzilərinin həlli üçün müvafiq tapşırıqlar verilib. Qəbula gələn vətəndaşlar Vətən müharibəsində şəxsi əmlaklarına dəyən ziyanın aradan qaldırılması, təmir-tikinti, məişət əşyalarının qiymətləndirilməməsi, mənzillərinə təkrar baxışın keçirilməsi, Vətən müharibəsində evlərinə dəyən ziyanla bağlı kompensasiya ala bilməmələri və digər şəxsi məsələlərlə bağlı müraciət ediblər. Həlli mümkün məsələlər operativ sürətdə həll olunub, araşdırılması vaxt tələb edən məsələlər barədə aidiyyəti qurumlara tapşırıqlar, əsassız müraciətlərlə bağlı isə vətəndaşlara müvafiq izahatlar verilib. Millət vəkilinin səlahiyyətlərinə aid olan məsələlər Sahib Alıyev tərəfindən nəzarətə götürülüb və həlli üçün müvafiq addımlar atılıb. Rayon sakinləri Vətən müharibəsində şəxsi əmlaklarına dəymiş ziyanın aradan qaldırılması ilə bağlı əhaliyə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər. Vertikal.az Geri dön |