Ana Sayfa > Region > Füzulinin işğaldan azad edilmiş ərazisində şəkər çuğunduru yığımı davam edir

Füzulinin işğaldan azad edilmiş ərazisində şəkər çuğunduru yığımı davam edir


30-09-2021, 00:22. Yazar: admin
Füzulinin işğaldan azad edilmiş ərazisində şəkər çuğunduru yığımı davam edir

Füzuli rayonunun işğaldan azad edilmiş ərazisində şəkər çuğunduru yığımı davam edir.

İdarələrarası Mərkəzin İqtisadi məsələlər üzrə İşçi qrupundan APA-ya verilən məlumata görə, 44 günlük Vətən müharibəsindən sonra Füzuli rayonunun işğaldan azad edilmiş 600 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsində taxıl becərilib və məhsul tədarük edilib.Həmçinin, cari ildə rayonun 288.8 hektar ərazisində şəkər çuğunduru əkilib və həmin torpaqların 78,8 hektarı işğaldan azad edilmiş əraziləri əhatə edir.

Füzuli rayonunun işğaldan azad edilmiş Seyidmahmudlu kəndi ərazisindəki minalardan təmizlənmiş həmin torpaqlarda şəkər çuğunduru ilk dəfədir becərilir və yüksək məhsuldarlığa nail olunub. Belə ki, şəkərlilik faizi 15-16 faiz göstərici ilə hər hektardan 55-60 ton məhsul yığılıb və bu günə kimi 1800 tona yaxın məhsul tədarük edilib. Rayon üzrə bu göstərici 3600 tondur.

Sahələrdə şəkər çuğunduru yığımı davam edir və məhsulun itkisiz və optimal müddətdə tam yığılıb tədarük edilməsi üçün əraziyə müasir tipli çuğundur yığan kombayndan istifadə edilir.

Əkin sahələrinə suvarma suyu Köndələnçay üzərində yerləşən su anbarından verilir.
Geri dön