Ana Sayfa > Region > Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adı verilən küçədə əsaslı təmir işlərindən sonra baralyefinin açılışı olub

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adı verilən küçədə əsaslı təmir işlərindən sonra baralyefinin açılışı olub


28-09-2021, 10:38. Yazar: admin
Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adı verilən küçədə əsaslı təmir işlərindən sonra baralyefinin açılışı olub

27 sentyabr-Anım Günündə Tərtər şəhərində respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adı verilən küçədə əsaslı təmir işlərindən sonra baralyefinin açılışı olub.

Bu münasibətlə keçirilən mərasimdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adı verilən küçədə əsaslı təmir işlərindən sonra baralyefinin açılışı olub

Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov şəhid Mübariz İbrahimovun qəhrəmanlığı haqqında danışaraq şəhid və qazilərimizin onu özlərinə bir örnək aldıqlarını qeyd edib. Bildirib ki, Türk dünyasının qəhrəman oğlu Mübariz İbrahimov öz hünəri ilə adını Azərbaycan xalqının qəhrəmanlıq tarixinə əbədi olaraq yazdırıb. Qeyd edib ki, Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. 2005-ci ildə şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbini bitirib. Həmin il həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidmətini Daxili Qoşunların N saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçib. Hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub. Bir müddət müxtəlif mülki işlərdə çalışdıqdan sonra 2009-cu ilin avqustunda gizir rütbəsində hərbi xidmətə başlayıb.

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adı verilən küçədə əsaslı təmir işlərindən sonra baralyefinin açılışı olub

2010-cu ildə iyunun 19-na keçən gecə Mübariz İbrahimov Tərtər rayonunun Çaylı kəndi istiqamətində təxminən bir kilometrlik minalanmış sahəni keçərək işğalçı Ermənistan ordusunun çox sayda hərbçisini birinci həmlədə məhv edib. Düşmənlə bir neçə saat təkbaşına döyüşüb. Səhər saatlarında qeyri-bərabər döyüşdə misilsiz qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə yüksəlib.

Ölkə başçısının müvafiq sərəncamı ilə ölümündən sonra Mübariz İbrahimova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

Bu gün Mübariz İbrahimovun ruhu şaddır. Çünki onun da qəhrəmanlığından ilham alan igid oğullarımız 44 günlük Vətən müharibəsində torpaqlarımızı düşməndən azad edərək şanlı Qələbə qazandılar.

Sonra şəhidin adını daşıyan küçəyə vurulmuş barelyefin üzərindən ağ örtük götürülüb.

Tədbir iştirakçıları barelyefin önünə tər gül dəstələri düzərək xatirəsini ehtiramla anıblar.

Tədbir şəhidin adını daşıyan küçədə ağacəkmə aksiyası ilə davam edib. Aksiya çərçivəsində küçəyə 235 ədəd eldar şamı və 50 min ədəd təkgöz kolu əkilib.

Vertikal.az
Geri dön