Ana Sayfa > Region > Qəbələdə mürəkkəb relyefli dağlıq ərazidə yanğın söndürülüb

Qəbələdə mürəkkəb relyefli dağlıq ərazidə yanğın söndürülüb

3-09-2021, 18:20. Yazar: admin
Qəbələdə mürəkkəb relyefli dağlıq ərazidə yanğın söndürülüb

Fövqəladə Hallar Nazirliyi tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Qəbələ rayonunun Solquca və Abrıx kəndləri istiqamətində mürəkkəb relyefli dağlıq ərazidəki yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, ilkin hesablamaya əsasən, təqribən, 100 hektar sahədə quru ot, kol-kos və qurumuş ağaclar yanıb. Görülmüş tədbirlər sayəsində yanğının genişlənərək sıx meşəlik əraziyə keçməsinin qarşısı alınıb.
Qeyd edək ki, yanğınla mübarizə tədbirlərinə, ümumilikdə, FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Müki müdafiə qoşunları, Şimal-qərb Regional Mərkəzinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin 3 ədəd helikopteri, habelə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və bir qrup yerli sakin cəlb olunub.

Fövqəladə Hallar Nazirliyi tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Qəbələ rayonunun Solquca və Abrıx kəndləri istiqamətində mürəkkəb relyefli dağlıq ərazidəki yanğın məhdudlaşdırılıb.

FHN-dən APA-ya verilən məlumata görə, hazırda ərazidə soyutma tədbirləri həyata keçirilir.

Geri dön