Ana Sayfa > Region > Rayon rəhbəri vətəndaşları qəbul etdi

Rayon rəhbəri vətəndaşları qəbul etdi


2-09-2021, 22:01. Yazar: admin
Rayon rəhbəri vətəndaşları qəbul etdi

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov karantin qaydalarının tələblərinə əməl etməklə vətəndaşları qəbul edib.

Şəhid ailələri, qazilər növbədənkənar qəbul edilib, icra hakimiyyətinin səlahiyyətləri çərçivəsində bəzi problemlər yerində həll olunub, bəzilərinin həlli üçün müvafiq tapşırıqlar verilib.

İcra başçısına vətəndaşlar Vətən müharibəsində şəxsi əmlaklarına dəyən ziyanın aradan qaldırılması, təmir-tikinti, məişət əşyalarının qiymətləndirilməməsi, mənzillərinə təkrar baxışın keçirilməsi, Vətən müharibəsində evlərinə dəyən ziyanla bağlı kompensasiya ala bilməmələri, suvarma, işlə təminat və sair məsələlərlə bağlı müraciət ediblər.

Rayon rəhbəri vətəndaşları qəbul etdi

Rayon rəhbəri vətəndaşları qəbul etdi

İcra başçısı Respublika Prezidentinin 14 dekabr 2020-ci il və 06 iyul 2021-ci il tarixli Sərəncamları ilə bağlı məlumat verib, vətəndaşlara onların şəxsi əmlaklarına dəymiş ziyanla bağlı kompensasiyaların ödənildiyini bildirib, həlli mümkün problemlər həll edilib, araşdırılması vaxt tələb edən müraciətlərlə bağlı əlaqədar qurumlara tapşırıqlar, əsassız müraciətlərlə bağlı isə vətəndaşlara müvafiq izahatlar verilib. Şəxsi əmlaklara dəymiş ziyanla bağlı müraciət edən vətəndaşlarla təmir şirkətləri arasında olan anlaşılmazlıqlara qəbula dəvət edilmiş Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin əməkdaşı Vasif Quluyev tərəfindən aydınlıq gətirilib.

Rayon rəhbəri vətəndaşları qəbul etdi

Rayon rəhbəri vətəndaşları qəbul etdi

Rayon sakinləri Vətən müharibəsində şəxsi əmlaklarına dəymiş ziyanın aradan qaldırılması ilə bağlı əhaliyə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Geri dön