Ana Sayfa > Region > Şuşada 8 km-dən çox şəhərətrafı yaşıl halqa yaradılacaq
Şuşada 8 km-dən çox şəhərətrafı yaşıl halqa yaradılacaq30-08-2021, 17:05. Yazar: admin |
![]() “Ölkə başçısının göstərişi ilə Şuşanın Baş Planı üzərində iş çərçivəsində şəhərin yaşıllıq və landşaft strategiyasına xüsusi diqqət ayrılır. APA-nın xəbərinə görə, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev “Facebook”da bildirib. O qeyd edib ki, Şuşanın təbii meşə və parkları bərpa olunacaq, yeni yaşıl koridorlar, o cümlədən 8 km-dən çox şəhərətrafı yaşıl halqa yaradılacaq. A.Quliyev qeyd edib ki, Şuşada 36,2 km yol bərpa olunacaq, 17,6 km yeni yol salınacaq: “Baş Plan üzərində iş çərçivəsində şəhərin funksional zonalaşdırılması aparılıb, buna əsasən nəqliyyat infrastrukturunun yenilənməsi, küçələrin kateqoriyalaşdırılması, ictimai nəqliyyatın təşkili və s. üzrə təkliflər hazırlanıb. ![]() Komitə sədri vurğulayıb ki, Şuşanın Baş Planı hazırlanarkən şəhərin tarixi əzəməti əsas götürülür, bütün yeni layihələr tarix ilə müasirliyin vəhdəti üzərində qurulur: “Dünən ölkə başçısı tərəfindən təməli qoyulmuş yeni yaşayış məhəlləsi Şuşanın memarlıq irsindən ilhamlanaraq və ənənəvi şəhərsalma mühitinə uyğun layihələndirilib. Geri dön |