Ana Sayfa > Region > İsmayıllıda NƏLƏR BAŞ VERİR? - İDDİA

İsmayıllıda NƏLƏR BAŞ VERİR? - İDDİA


20-08-2021, 13:48. Yazar: admin

İsmayıllıda NƏLƏR BAŞ VERİR? - İDDİA
Yəqin ki, mövzu barədə kifayət qədər məlumatınız var.İsmayıllı rayon təhsil şöbəsi yanında məktəbdənkənar təhsil sahəsi olan UGİM-də baş verən qanunsuzluqlar və sair şeylər barəsində dəfələrlə bu və ya digər formada yazılar dərc etmişik.Bank sektorunda çalışan və nəfsinin istəklərinə qurban olan Anar Abbasovun "müəllimə" yaraşmayacaq şəkildə fəaliyyəti gözdən yayına bilməzdi.Günlərin birində elə təhsil sahəsində çalışan və uzun illər ərzində bu sektorda əziyyət çəkən bir şəxs olanları KİV vasitəsilə yaymaq qərarını açıqladı.Bəli,belə dırnaqarası ziyallılar ölkəmizin üz qarası və utancverici varlıqlardır.Nəhayət,bir neçə açıqlama dərc olunduqdan sonra qeyd olunan varlıq tutduğu vəzifədən azad olunmadı,sadəcə biabırçı şəkildə qovuldu.Bu adamın evinə hər gün adamlar gedir və pulunu tələb edir.Çünki zamanında sənin yaxınını, özünü, yaxud gəlinini və sair, işə götürəcəyəm adı ilə 1000 manat-1500-2000 və sair pul alıb və mənimsəyib.Hazırda bıçaq sümüyə dirənib.Nəysə keçək mənbəmizin növbəti informasiyasına.

Hörmətli redaksiya,Anar Abbasov vəzifəsindən qovuldu.Bəli, biabırçı şəkildə.Bir neçə gün əvvəl rayon təhsil şöbəsinin 3 əməkdaşi UGİM-də inventar yoxlaması apardılar.Ancaq bu yoxlama gözdən pərdə asmaq üçün idi.Çünki düzgün olmayan və adsız yoxlama yalnız işi yola vermək üçün lazımdır.
UGİM-də Dilşad müəllimə işləyir.Onun gəlinlərini işə götürmək üçün Anar Abbasov onu bankdan kredit götürməyə sövq edib.Nəticə budur ki,nə iş var,nə də ki, pul.
İdarədə Sevda müəllimə latareya oynamaq yolu ilə digər müəllimələrlə növbəli şəkildə topa pul əldə edərək problemlərini həll edir.Anar Abbasov Sevda müəllimənin pulunu alıb və deyib ki,uşaq xəstədir, qaytaracağam.Ancaq nəhayətdə Sevda müəllimənin sorağı təhsil şöbəsinin müdiri Rövşən müəllimin qəbulundan gəlib.Anar pulun 260 manatın qaytarıb, iki-üç dəfə ərzində,yerdə qalan 40 manatı isə Anarın bazarda işləyən qardaşı Vüqar söz verib ki,mən qaytaracağam.
Rayon sakini ailə başçısını itirmiş qadın, Dilşad Səmədova.Mədəniyyət və turizm mərkəzinin sabiq əməkdaşı, hazırda təqaüdçü olan,Nuru Xalıqov ilə Anarın yanına gedərək gəlinini işə götürmək üçün xahiş edib.Anar Nuru Xalıqovun yanında qadından 400 manat pul alıb.İki gündən sonra yenidən Anar Dilşad xanıma zəng edərək daha 1100 manatın lazım olduğunu bildirmişdir və qadın bunu da borc edərək Anara vermişdir.Ancaq Dilşad xanım bunun yalan olduğunu biləndə, Anarın evinə gedərək ondan pulu tələb etmiş,əks halda şikayət edəcəyini bildirmişdir.Anar dərhal Dilşad Səmədovadan aldığı pulu geri qaytarmışdır.
Sabiq nazir Füzuli Ələkbərov UGİM-ə 3-ədəd Zinger markalı tikiş maşını,40- ədəd döş stolu,100-ədəd oturacaq stolu,kuxna mebeli,50-yə yaxın müxtəlif markalı kompyuterlər və printer hədiyyə edib.
Sabiq direktor Xalıq Xalıqov bu inventarları məktəbdə qoyaraq, təqaüdə getmişdir.
Anar Abbasov UGİM-ə direktor təyin olunandan sonra tikiş maşınları, döş stolları,oturacaq stolları, şkafları,kompyuterləri,kuxna mebeli, printeri və sair şeyləri çıxararaq özünə məxsus evinə, həyətyanı sahəsində təşkil etdiyi ayaqqabı sexinə,bir qismini isə tikiş fabrikində təşkil etdiyi sexinə daşımışdır.Əsas da belə deyir ki,bu avadanlıqlar sənəd ilə inventarların siyahısında yoxdur.Onda belə çıxır ki, istənilən idarədə əgər hədiyyə olunan inventar siyahıya daxil olunmayıbsa,onu oğurlamaq,yaxud özününküləşdirmək olar?Bu nə məntiqsizlikdir?Anar Abbasov bu işləri təhsil şöbəsinin maliyyə bölməsi ilə birgə həyata keçirib.Əgər bu idarədə ciddi inventar yoxlaması aparılsa,onda çatışmazlıqlar aşkarlanar.
Hazırda UGİM-də müəllimlərin sayına uyğun oturacaqlar yoxdur.Döş stolları yoxdur, şkaflar yoxdur,tikiş dərnəyi var,ancaq tikiş maşını yoxdur.Bəs bu dərnəyi aparan şəxs hansı işinə görə əmək haqqı alır?
İdarədə adı olub,özü olmayan ölü canlar var.Xahiş edirik bu ölü canlar idarədən kənarlaşdırılsın və dərslər həqiqətən işləyən müəllimlər arasında bölüşdürülsün.
Xahiş edirik,dövlət qurumları bu işə biganə qalmasın.İdarənin avadanlıqları geri qaytarılsın.

Redaksiyadan:Yazıda adları çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq. //DogruXeber.az//

Geri dön