Ana Sayfa > Region > Çavuşoğludan Əfqanıstanla bağlı AÇIQLAMA

Çavuşoğludan Əfqanıstanla bağlı AÇIQLAMA


17-08-2021, 14:10. Yazar: admin
Çavuşoğludan Əfqanıstanla bağlı AÇIQLAMA

“Taliban” da daxil olmaqla bütün tərəflərlə dialoqumuza davam edirik”.

“Haber Global” məlumat verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O qeyd edib ki, Türkiyə bu günə qədər “Taliban” tərəfindən verilən mesajları müsbət qiymətləndirib.

“Əfqanıstanın iqtisadi inkişafına, sabitliyinə, sülhünə və əmin-amanlığına dəstək verməyə davam edəcəyik”, - deyə o vurğulayıb.

Türkiyəli nazir vətəndaşların təxliyəsi məsələsinə də toxunub:

“Təhlükəsizlik tam təmin edildikdən sonra təxliyə davam edəcək. Təkcə öz vətəndaşlarımızın deyil, başqa ölkələrin vətəndaşlarının da təxliyəsinə kömək edirik”.
Geri dön