Ana Sayfa > Region > Bərdə rayonunda koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizə tədbirləri çərçivəsində dezinfeksiya işləri davam etdirilir.
Bərdə rayonunda koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizə tədbirləri çərçivəsində dezinfeksiya işləri davam etdirilir.14-08-2021, 14:00. Yazar: admin |
![]() Bərdə Rayon İcra Hakimiyyəti başçısı yanında yaradılmış rayon Qərargahının təşkilatçılığı ilə “COVID-19” pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində rayonun idarə, müəssisə və təşkilatlarında, əhalinin daha çox təmasda olduğu obyektlərdə dezinfeksiya işləri aparılır. ![]() Son günlər rayonun 29 idarə, müəssisə və təşkilatlarında, 10 bank filialında, 25 ərzaq ticarəti obyektində, 20 aptekdə, 23 bankomatda, 16 avtobus dayanacağında, 26 körpələr evi-uşaq bağçasında, Avtovağzal kompleksində, Regional “ASAN” Xidmət Mərkəzinin qarşısındakı meydanda, Nüşabə parkında, Heydər Əliyev adına park-bulvarın və Qəhrəmanlar parkının giriş hissələrində, “Bərdə” otelində dezinfeksiya işləri aparılmışdır. ![]() “COVID-19” pandemiyasına qarşı mübarizə sahəsində əhalinin maarifləndirilməsi üçün tədbirlər görülür, sakinlər sosial məsafənin saxlanılmasına, fərdi qoruyucu vasitələrdən daha geniş istifadə olunmasına təşviq edilir. Rayonda dezinfeksiya işi davam etdirilir. Vertikal.az Geri dön |