Ana Sayfa > Region > Siyəzəndə BU DA OLDU... - RƏZİLLİK...
Siyəzəndə BU DA OLDU... - RƏZİLLİK...6-08-2021, 12:48. Yazar: admin |
Siyəzən rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzovun "sərgüzəştləri" bitmir ki, bitmir... Zarafat deyile. Adam 27 ildir bu vəzifədə çalışır. Fərqi yoxdur necə və kim üçün çalışır. Əsas odur vəzifə daşıyır. Hətta, "işini sevən" başçının başı vəzifəsinə necə qarışıbsa yaşının 65-dən iki il keçməsindən, elə rəhbərlik etdiyi rayonda baş verənlərdən də bixəbərdir. Ya da bəlkə də bilir, sadəcə bilmək işinə gəlmədiyi üçün göz yumur. Aşağıdakı fotolara diqqət Gördüyünüz bu fotolar Siyəzən rayon "Beşdam" kəndində lentə alınıb. Birinci vətən müharibəsində şəhid olmuş kənd sakini Kərimov Elsevər Qazəhməd oğlunun adına inşa edilmiş bulaq kimlər tərəfindənsə yerlə yeksan edilib. Bu vəziyyəti gördükdən sonra rayon sakinlərinin narazılığının haqlı olmalarına baxmayaraq, Novruz Novruzov orada icra başçısı olduğu müddətdə hələ çox davam edəcəyinə şübhə qalmır. Şəhidinə bu hörmətsizliyi edən rəhbərdən dirilərin nəysə umması artıq "yersizdir". Hətta, rayon sakinləri iddia edir ki, 44 günlük ikinci Vətən müharibəsi şəhidinin kəndin girişində vurulmuş böyük fotoplokatının da sökülməsi üçün başçı əmr verib. Görəsən torpaq uğrunda canlarını verən şəhidlərimiz ilə Novruz Novruzovun nə kimi qərəzliyi var imiş?... Vallah, torpaq uğrunda gənclərimiz getsə də, o torpaqdan yararlanan yenə də İcra başçıları və bələdiyyə sədrləridir. Torpağı siz satıb, pulunu siz mənimsəyirsiniz. Böyük təsərrüfat işləri sizin biznesinizdir. Siyəzəndə BU DA OLDU... Minlərlə Elsevər kimi qeyrətli oğulların qanı bahasına qoruduğu torpaqlardan acgöz məmurlar bəhrələnir, amma şəhidin əmanətlərinə sahib çıxmağı ağır iş hesab edirlər. Nəyinki sahib çıxmaq, kimlərinsə şəxsi büdcəsi hesabına başa gəlmiş abidələrin tutduğu 3-4 kvadrat metrlik torpaq sahəsinə belə göz dikib, yerində "uğurlu biznes" üçün dükan və başqa iaşə obyekti planları qururlar. Burda deyiblər: "Gözünüzü torpaq doyursun". Şəhidlər özlərindən sonra dünya durduqca "Allah rəhmət eləsin" kəliməsiylə birlikdə, qürurla anılacaq ad, getdikləri yerdə əbədi yaşayacaq cənnəti qazandılar. Dünya malı xatirinə Allahın bəndələrin heçə sayan bədxahlar isə nə bu dünya, nə də axirət dünyası üçün cəza və lənətdən başqa heç nə əldə etmir. Bu gün şəhid bulağının yerinə göz dikən İcra Hakimiyyətinin özü deyilsə də əgər, kimin olduğunu bilmiş olar. Bəllidir ki, kimsə təkbaşına bu vicdan əzabına qatılaşa bilməz (əgər varsa...) Mövzuya aqressiv toxunmağımız bizim təkcə jurnalist olaraq deyil, vətəndaşlıq hisslərimizdir. Şəhidlərimizə olan ehtiramımızdır. P.S: Qarşı tərəfin də mövqeyini dinləmək məqsədilə Siyəzən rayon İcra Hakimiyyətinin şəxsi internet saytında yerləşdirilən telefon nömrələri vasitəsilə Başçının müavini - ictimai-siyasi-humanitar məsələlər şöbəsinin müdiri Təhminə Bəxtiyarova və başçının birinci müavini Aqşin Ağayev ilə əlaqə saxlamağa çalışdıq. Təəssüf ki, zənglərimiz cavabsız qaldı. Redaksiyamız hər kəsin söz haqqını tanıyır. DogruXeber.az Geri dön |