Ana Sayfa > Region > Tərtərdə Qurban bayramı münasibətilə xeyriyyə tədbirləri keçirilib
Tərtərdə Qurban bayramı münasibətilə xeyriyyə tədbirləri keçirilib21-07-2021, 23:15. Yazar: admin |
Müsəlman dünyasının mənəvi birlik və vəhdət rəmzi olan müqəddəs Qurban bayramı respublikanın hər yerində olduğu kimi, Tərtər rayonunda da xoş əhval-ruhiyyə ilə qeyd edilir. Bayram münasibətilə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov tərtərliləri saflıq və mərhəmət rəmzi olan Qurban bayramı münasibətilə təbrik edərək onlara əmin-amanlıq, cansağlığı və süfrələrinə ruzi-bərəkət arzulayıb. Bildirib ki, müqəddəs Qurban bayramı Azərbaycanda geniş qeyd olunur. Bu müqəddəs bayramda insanlar xeyirxah əməlləri ilə ehtiyacı olanlara yardımlar edir, kəsdikləri qurbanlardan onlara pay verirlər. Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən xüsusi ayrılmış kəsim məntəqəsində qurbanlıq qoyunlar kəsilərək Qarabağ müharibəsi, Vətən müharibəsi şəhidlərinin, qazilərinin ailələrinə Böyük Vətən müharibəsi və Çernobıl əlillərinə, rayonun abadlıq, quruculuq, yaşıllaşdırma işlərində çalışanlara, sosial qayğıya ehtiyacı olan aztəminatlı ailələrə, ahıl və tənha vətəndaşlara, hərbi hissələrə qurban payları göndərilib. Sakinlər bu əziz gündə onlara göstərilən maddi və mənəvi dəstəyə görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirib, Qurban bayramının xalqımız və millətimiz üçün xeyirli-uğurlu olmasını diləyiblər. Geri dön |