Ana Sayfa > Region > Arayik Harutyunyan Qarabağdakı nar bağlarını satıb: - TERRORÇUBAŞI ARADAN ÇIXMAQ İSTƏYİR
Arayik Harutyunyan Qarabağdakı nar bağlarını satıb: - TERRORÇUBAŞI ARADAN ÇIXMAQ İSTƏYİR9-07-2021, 17:32. Yazar: admin |
Qarabağdakı erməni terrorçularının rəhbəri Arayik Harutyunyan bölgədəki bütün mülklərini satmağa başlayıb. JAMAZ.İNFO xəbər verir ki, bu barədə erməni mətbuatı və Qarabağdakı ermənilər məlumat yayıblar. Belə ki, erməni mənbələri iki ay bundan əvvəl Harutyunyanın Qarabağda 2 hektar ərazisi olan nar bağını sataraq, pulunu xaricə köçürdüyünü bildiriblər. Onların məlumatına görə, bundan başqa, separatçıların rəhbəri Əsgərandakı inək fermasını, Ağdərədə meyvə bağlarını, Xocavənddəki üzmülüklərini də satışa çıxarıb. Onun bir neçə ay içində daha bir neçə obyektini də satdığı deyilir. Qarabağdakı ermənilər qeyd edirlər ki, Harutyunyanın gözlənilmədən mal və mülklərini satması səbəbsiz deyil. Onların sözlərinə görə, Arayik bütün mallarını satışa çıxarması və pullarını xaricə ötürməsi, onun yaxınlarda Qarabağdan qaçacağını deməyə əsas verir. Erməni mənbələri hesab edirlər ki, hal hazırda Arayik Harutyunyanın durumu yaxşı deyil. Həm Qarabağdakı ermənilər ona etiraz edir, həm də ruslarla aralarında problemlər yaşanır. Belə vəziyyətdə onun uzun müddət Qarabağda “rəhbərlik” etməsi mümkün olmayacaq. Ona görə də, əlindəki mülklərini sataraq, nağdlaşıdırıb, daha sonra isə aradan çıxmaq istəyir. Geri dön |