Ana Sayfa > Region > Paşinyan Azərbaycanla sərhəddəki vəziyyətlə bağlı həll planı təqdim edəcək
Paşinyan Azərbaycanla sərhəddəki vəziyyətlə bağlı həll planı təqdim edəcək27-05-2021, 18:26. Yazar: admin |
Ermənistanın Baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan yaxın zamanda ölkəsinin Azərbaycanla sərhədindəki vəziyyətin həlli ilə bağlı plan təqdim etməyi düşünür. TASS xəbər verir ki, bu barədə o, özünün “Facebook” səhifəsində yazıb. “Tezliklə sərhədyanı vəziyyətin sülh yolu ilə həlli üzrə plan təqdim edəcəyəm. Əminəm ki, bu, beynəlxalq ictimaiyyətin dəstəyilə qısa zamanda və qarşılıqlı faydalı şəkildə həyata keçirilməsi mümkün olan bir məsələdir”, -deyə Paşinyan qeyd edib. Geri dön |