Ana Sayfa > Region / Manşet > Hədəfdə olan başçı ilə bağlı İLGİNC İDDİA
Hədəfdə olan başçı ilə bağlı İLGİNC İDDİA25-05-2021, 11:51. Yazar: admin |
DİA.AZ: - Dünən yayılan xəbərlərdə deyilirdi ki, hakimiyyətdən növbəti kadr islahatı qərarı verilə bilər. Yaxın vaxtlarda 3 rayonun rəhbəri vəzifəsindəın azad ediləcək. Ki, onların sırasında Astara rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev də var. Bu barədə DİA.AZ-a daxil olan məlumatda deyilir. Xatırladaq ki, bir müddət əvvəl yerli KİV-lərdə yayılan xəbərdə Qəzənfər Ağayevin digər bir rayona başçı göndəriləcəyi qeyd olunurdu. Amma indi vəziyyətin tamamən dəyişdiyi söylənilir. Qaynaq dia.az-a açıqlamasında iddia edir ki, Qəzənfər Ağayev çox ciddi ittihamların hədəfidir: "Hələlik bu barədə kimsə danışmağa cürət etməz. Çünki adamın adı Eldar Mahmudovla qoşa çəkilsə də, sonradan vəziyyətdən çıxa bilmişdi. İndi isə daha ağır ittihamlar var və müzakirələr gedir". Qeyd edək ki, buna qədər Qəzənfər Ağayev uzun müddət Masallı rayonuna rəhbərlik edib. Həmin zamanlar Masallıdan deputat olan Daşkəsənin hazırki icra başçısı Əhəd Abıyev Qəzənfər Ağayevin hətta narkobaronluqda belə ittiham edirdi. DİA.AZ-a danışan mənbə iddia edir ki, məhz bu məsələdə Qəzənfər Ağayevə qarşı da xüsusi əməliyyat keçiriləb ilər. Bir başqa mənbədən daxil olan informasiyada isə bildirilir ki, Qəzənfər Ağayev varidatının xeyli hissəsini ölkədən çıxara bilib: "Söhbət təzminən 45 milyon manatlıq vəsaitdən gedir". Qarşı tərəfi də dinləməyə hazırıq. Əlavə bilgilərimiz olacaq. Bizi izləyin... Geri dön |