Ana Sayfa > Region > Gənc başçını həbsə aparan yol... - İDDİA

Gənc başçını həbsə aparan yol... - İDDİA


21-05-2021, 12:52. Yazar: admin
Gənc başçını həbsə aparan yol... - İDDİA

Bir neçə il əvvəl yazmışdıq ki, abadlıq və quruculuq işləri adı altında bəzi məmurlar milyonlarla pul vəsaitini silirlər, daha doğrusu, mənimsəyirlər.
Heç bir normal vətəndaş abadlığın və quruculuğun əleyhinə olmaz.
Amma bu necə abadlıq və quruculuqdur ki, təzə təmirli binadan daş qopur və uşağın başına düşür.
Yəni binaların görünən tərəflərini qaşıyırlar, bəzəyirlər. Amma gedin o binaların içərisinə girin, görün, vəziyyət necədir ?
Ona görə də, dəfələrlə yazmışıq ki, bütün icra başçıları, nazirliklər “divar qaşımaqla” məşğuldur.
Çox maraqlıdır ki, icra başçıları işdən azad edilir, hətta həbs olunur, ancaq onların yerinə gələn gənc məmurlar da onların bu “divar qaşaımaq” ənənəsini davam etdirir.
Hamının yaxşı yadındadır ki, Ağstafanın sabiq icra başçısı Nizaməddin Quliyev də abadlıq və quruculuq adı altında sahibkarlardan pul yığırdı, rayondakı idarə müdirlərdindən rüşvət alırdı. Yəni bu abadlıq və quruculuq məsələsi məmurlar üçün əməlli-başlı korrupsiya mənbəyidir. Və nəticədə DTX əməliyyat keçirdi və Ağstafanın icra başçısı Nizaməddin Quliyevi qandalladı.
Onun yerinə gələn, yəni Ağstafanın yeni icra başçısı Seymur Orucov da Nizaməddinin yolu ilə gedir.
Seymur Orucovun kimin kürərkəni, kimin bacısıoğlu olması, kimlərin hesabına vəzifəyə gəlməsi, onun bağça müdirəsi olan həyat yoldaşı Çeşmi xanımın 350 min dəyərində avtomobillə gəzməsi, 100 min manat qaz borcunun olması barədə çox yazılıb. Bunları qoyaq bir kənara.
Bəs görəsən Seymur Orucov sələfi Nizaməddin Quliyevin başına gələnlərdən nəticə çıxartmır ?
Təsəvvür edirsiniz, 1984 təvəllüdlü Seymur Orucov 69 yaşlı Nizaməddin Quliyevin oğlundan da balacadır, az qala nəvəsi yaşdadır.
Bəs niyə ortada nəticə yoxdur. Hamı bəh bəhlə deyirdi gənclərə yol açaq, 4-5 xarici dil bilirlər-zad.
Bəli, Seymur Orucov da Ağstafanın abadlaşdırılması ilə bağlı tenderləri gizli keçirir, tenderdə özünə yaxın şirkətlər qalib olur, daha doğrusu, qalib elan edilir.
Bu günlərdə Ağstafada belə bir tenderə yekun vurulub. Və tenderin qalibi “Meqa An İnşaat” MMC 325 min 727 manat 39 qəpik vəsait əldə edib.
Seymur Orucov, bu 39 qəpik nədir ? Sadəcə, ayıbdır.
Görəsən tenderlərin qalibi niyə məhz bu şirkət olmalıdır ?
Ən dəhşətlisi odur ki, bir müddət əvvəl Ağstafada 2 milyon 227 min 692 manatlıq tenderi udan “Səma MM İnşaat”la “Meqa” şirkəti eyni adamlara məxsusdur.
Bu maxinasiyalar, cəmiyyəti aldatmalar-filan kimə lazımdır, cənab Seymur Orucov.
Cəmiyyət artıq sizin yalanlara inanmır, cənablar.
Deyəsən Seymur Orucovu da Nizaməddin Quliyevin aqibəti gözləyir. //gundelik-baku.com//

Geri dön