Ana Sayfa > Region > Üç çaqqal və bir tülkü Xankəndində

Üç çaqqal və bir tülkü Xankəndində


10-05-2021, 16:45. Yazar: admin
Üç çaqqal və bir tülkü Xankəndində

Araik də Qarabağda qalmağın mənasız olduğunu, burada hökmranlığının sonunun gəldiyinin fərqindəndir, o səbəbdən də...


Qatil Serj Sərkisyanın kürəkəninin-Vatikandakı keçmiş səfir Mikael Minasyanın quyruq acısının səbəbi məlumdur. Qayınatası hakimiyyətdə olanda Ermənistan onların əlində və cibində idi. 2018-ci ildə küçə inqilabçıları onları süpürüb hakimiyyətdən atdılar. İndi həm də o səbəbdən Ermənistan hakimiyyətini sərt tənqid edir, hər cür xəyanətdə suçlayır. Bu heç, özlərini didsinlər. Amma etiraf etmək lazımdır ki, Minasyan ağlı çaşmış erməni revanişistlər kimi də danışımır, əksinə, gerçəkləri bəzi halda çox sərt şəkildə ermənilərin üzünə vurur.

9 mayda Xankəndində anlamı olmayan tədbirdə “dqr”in keçmiş “rəhbərləri” bir araya gəliblər. Araik Arutyunyanın sağında duran aydın görünmür, amma keçəl başından Arkadi Qukasiyan olduğunu demək olar. Araikin solundakı Bako Saakyandır, ondan bir qədər aralıda dayanmış isə “Çiçəklənən Ermənistan” Partiyasının biznesmen lideri Qaqik Tsarukyandır.



Bu fotoya “Üç çaqqal və bir tülkü Xankəndində” adı da vermək olar. Amma Minasyan bu fotoya öz Facebook səhifəsində daha sərt münasibət bildirib. O, fotoya belə şərh yazıb: “Bu foto yaddaş və ləyaqət, insan ədəb və dövlət düşüncəsi çatışmazlığını simvollaşdırır. Əminəm ki, müxaliflərin bu mənzərəyə ilk reaksiyası dövlətin hər şeydən üstün olduğu kimi çeynənmiş fikir olacaq. Oh, oh... Sizin bu düşüncə səbəbindən bir dövlət artıq çökmüş, digəri isə məhv olmaq ərəfəsindədir”. Erməni olsa da, nə deyəsən, yaddaş və ləyaqətlə bağlı izahı dəqiqdir.

Bu üç nəfərdən əlavə, daha iki əclaf da(Robert Köçəryan və Leonard Petrosyan) vaxtilə torpaqlarımızda özlərinə “prezident” deyiblər. İndi Köçəryan Xankəndinə tərəf gəlməyə qorxur, dağılmaq ərəfəsində olan Ermənistanda seçki bloku qurub və dünən keçirdiyi mitinqə toplaşmış axmaq ermənilərə “Şuşanı geri almaq” barədə nağıl danışıb. Xankəndinə gəlməyə ehtiyat edir, amma Şuşa haqda “plan qurur”.

Araik Arutyunyandan əvvəl Xankəndindəki erməni icmasının “rəhbərlərinin” indi haralarda süləndikləri bilinmir, amma Xankəndində olmadıqları dəqiqdir. Çünki onların nə Xankəndində, nə ermənilərin qayıtdığı ərazilərdə bir it qədər hörmətləri qalıb. Onlar əslində, erməni xalqının da düşmənləridir. İllərlə sadə ermənilərin belində gəzib, onlara “müstəqil dövlət” nağılları danışıb hambal kimi qarşılarında işlədiblər, onların əlinin zəhmətini yeyiblər, erməni lobbisinin göndərdiyi yardımlarla isə özlərinə mülklər alıblar. İndi ermənilər yas içindədir, həm də öz günahları ucbatından göz yaşları qurumur. Çaqalların Xankəndinə gəlib şəkil çəkdirmələrinin səbəbi bu kədərə şərik olmaqdan başqa bir şey deyil. Minasyanın dediyi isə odur ki, onların yanaşı durub şəkil çəkdirmələrinin o qondarma “dövlət”ə artıq heç bir xeyri yoxdur. Çünki o daha yoxdur! Minasyan həm də ona açıq işarə edir ki, ay avamlar, Ermənistan adlı dövlət əldə gedir e...



Qaqik Tsarukyana gəlincə, o, Ermənistanda daha çox “tülkü” kimi tanınır. Çünki meşədə kim güclüdürsə, ya onun yanında yer alır, ya da ortada ara qarışdırır. Müharibədə ermənilərə silah göndərirdi, ərzaq yardımı edirdi. Onun Xankəndində peyda olması daha çox Ermənistanda yaxınlaşmaqda olan seçki ilə bağlıdır. Qarabağdakı ermənilərin ağzına nəsə atmalıdır ki, onların Ermənistandakı qohum-əqrəbaları yaydakı seçkidə Tsarukyana səs versinlər. Araik hələ Nikol Paşinyanın ətəyindən möhkəm yapışıb, amma o da özünə gələcək üçün Ermənistanda bir yer etmək dərdindədir. Qarabağda qalmağın mənasız olduğunu, burada hökmranlığının sonu gəldiyininin fərqindəndir. O səbəbdən Ermənistandan gələnlərin qarşısında lazım gələndə baş əyir, çünki gələcəyinin düşünür.



Xankəndində isə vəziyyət ağırdır. Bunu ermənilər özləri də etiraf edirlər. Tam bir ümidsizlik içərisindədirlər. “Şuşanı geri alarıq” kimi nağıllara daha inanacaq halda deyillər. Düzdür, ermənilərin reallıq hissini itirdiyi vaxtlar da çox olub, amma 44 günlük müharibə onları gerçəyi başa saldı. Yaşımdan uzaq tarixə getməyəcəm, son 50 ildə ermənilər heç vaxt bu qədər zəlil, bu qədər ümidsiz olmayıblar! Son 30 ili işğaldakı torpaqlarımızda keçirdilər, ondan əvvəlki 20 ildə isə Qarabağ torpaqlarında o qədər sərbəst, o qədər təminatlı və rahat yaşayıblar ki, nəhayət qudurdular. İndi isə nə əvvəlki təntənə, nə əvvəlki təminat, nə rahatlıq var! Ən əsası sabaha ümid yoxdur.

Çoxları erməni psixologiyasını qabardır, guya bunlar hər cür şəraitdə mikrob kimi arta, “amalları uğrunda” duruş gətirə bilirlər. Mikrob olmağına mikrobdurlar, amma onların artması, çoxalması, yenidən əvvəlki həyat və təminatı üçün Qarabağda daha şərait yoxdur. Ermənilər şəraitsiz yaşamağa öyrəşirlər, amma ümidsiz yaşamağa yox! Əsas olan o ümid yoxdur, cəhənnəmə gedib və ermənilərə bir daha qayıtmayacaq...
Geri dön