Ana Sayfa > Region > Paşinyana təzyiqlər artır - seçkiyə görə istefa versə, hakimiyyətini itirə bilər

Paşinyana təzyiqlər artır - seçkiyə görə istefa versə, hakimiyyətini itirə bilər


24-04-2021, 11:35. Yazar: admin


Ermənistanda qarşıdakı seçkilərlə bağlı gərginlik artır. Baş nazir Nikol Paşinyana qarşı ictimai təzyiq güclənib və hər keçən gün onun hakimiyyətinə təhlükə artır. Artıq o, ölkə daxilində səfərlərə də ya gedə bilmir, ya da ehtiyat edir. Son olaraq, onun Zəngəzura gizli səfəri və hətta bununla belə ziyarətini yarımçıq qoyması bir çox mətləblərə aydınlıq gətirib.

Qeyd edək ki, Ermənistanda bu il iyunun 20-də növbədənkənar parlament seçkiləri keçirilməlidir. Bu səbəbə formal da olsa, Paşinyan istefa verməlidir ki, seçki prosesinin önü rəsmən açılsın. Bu da bir sual yaradıb. Onun istefası şəxsinə qarşı təzyiqləri daha da gücləndirə, 20 iyun seçkiləri baş tutmaya bilərmi?

Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli Paşinyan üçün Kremlin tələ hazırladığını düşünür: “Paşinyana qarşı təzyiqlərin əsas səbəbi onu iqtidardan imtina etməsinə məcburiyyət yaratmaq üçün edilir. Biz bu məsələni onun karvanının yumurta atəşinə tutulması, ofisinin basılması, idarəsinin önündə özlərini zəncirləylənlərin simasında gördük. Nikol Paşinyan üçün Rusiya ciddi bir tələ hazırlayıb. Burda 10 noyabr razılaşmasının pozulmasından tutmuş, ordu ilə iqtidar arasındakı toqquşmalara qədər müxtəlif ssenarilər mövcuddur. Amma hesab edirəm ki, Nikol 20 iyuna qədər heç bir halda hakimiyyətlə bağlı şanslarını itirməyəcək.
Paşinyana təzyiqlər artır - seçkiyə görə istefa versə, hakimiyyətini itirə bilər
Əziz Əlibəyli: “Avropanın təzyiqləri Dağlıq Qarabağda rus sülhməramlılarının əlini gücləndirir”

Əziz Əlibəyli: “Rusiya Paşinyana tələ hazırlayıb”

Ən əsası seçkilərə getməklə müxalifətə, onun arxasındakı güclərə zərbə endirməyə çalışacaq. Ona görə seçkilərdən imtina məsələsi gündəmdə deyil, üstəgəl, 20 iyun günü taleyinə aydınlıq gətirməklə həm 10 noyabr öhdəliklərinin icrasına davam edə bilər, həm Azərbaycan və Türkiyənə, Qərbdən dəstək ala bilər, həm də Rusiyanı fakt qarşısında qoya bilər. İstənilən halda hərbi xuntanın çevriliş etməsi ehtimalı daha yüksəkdir”.

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı Ermənistanın vəziyyətdən çıxış yollarını sadaladı: “Müşahidələrə görə, Rusiya və Ermənistan rəhbərliyi Azərbaycanın Qarabağ və Zəngəzurla bağlı haqlı tələblərini artıq qəbul edib və bu tələblərin yerinə yetirilməsi istiqamətində addımlar atılır. Paşinyan başa düşür ki, Ermənistanın mövcudluğunu qoruyub saxlamaq üçün Azərbaycanın şərtlərini yerinə yetirməlidir. Bunu düşmən ölkədə çoxları anlayır, amma etiraf etməyə cəsarətləri çatmır. Eyni zamanda, bu vəziyyətdən siyasi məqsədlərinə çatmaq üçün istifadə etməyə çalışırlar.
Paşinyana təzyiqlər artır - seçkiyə görə istefa versə, hakimiyyətini itirə bilər
Akif Nağı: "Gənclərimizin vətənpərvərlik, döyüş ruhu və müharibəyə hazırlığı yüksək səviyyədədir"

Akif Nağı: “Ermənistan çətin seçim qarşısındadır”

Paşinyanın ziddiyyətli açıqlamaları bu mürəkkəb şəraitlə bağlıdır. Bir tərəfdən, Dağlıq Qarabağda əvvəlki vəziyyəti bərpa edəcəklərinə dair bəyanat verir, digər tərəfdən Azərbaycana güzəştə getməyin, məsələn, Zəngəzur dəhlizinin zərurət olduğunu bildirir. Ermənistan bizim arzuladığımız belə bir ağır vəziyyətdə çətin seçim qarşısındadır. Ya Azərbaycana müqavimət yolunu seçməli, ya da reallıqla barışıb, Qarabağdan və Zəngəzurdan çıxıb, Ermənistanın yarımcan vəziyyətdə mövcudluğunu qoruyub saxlamalıdırlar. Belə görünür ki, Paşinyan iki pisdən nisbətən yaxşı pisi, ikinci yolu seçib. Bu yolda ona ciddi müqavimət göstərən, o cümlədən, xaricdən dəstəklənən qüvvə yoxdur. Ona görə də, ona qarşı təzyiqlərin artacağı ehtimalı azdır. İstefa verməsi də vəziyyəti dəyişməyəcək. Həm real hakimiyyəti özündə saxlayır, həm də opponentləri zəifdir. 20 iyun seçkiləri yəqin ki, baş tutacaq. Paşinyan da qalib gələcək. Amma mütləq üstünlüyü əldə edə bilməyəcək. Bu da siyasi böhranı dərinləşdirəcək, hakimiyyəti uzun müddətə iflic vəziyyətində saxlayacaq. Ermənistanın siyasi böhrandan çıxması iqtisadi amillərlə bağlıdır. İqtisadi dəyişiklik əldə olunandan sonra siyasi hakimiyyət də stabilləşəcək. İqtisadi uğur isə Zəngəzur dəhlizi ilə bağlıdır. Bunu artıq hər tərəf anlayır".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”



Geri dön