Ana Sayfa > Region > Ermənistan prezidenti Gürcüstan baş naziri ilə görüşə bilməyib
Ermənistan prezidenti Gürcüstan baş naziri ilə görüşə bilməyib16-04-2021, 15:38. Yazar: admin |
Gürcüstanın baş naziri İrakli Qaribaşvili yaxın zamanlarda Ermənistana səfər edəcək. “Report”un yerli bürosu xəbər verir ki, bu barədə Ermənistan prezidenti Armen Sarkisyan Tbilisidə jurnalistlərə açıqlamasında məlumat verib. O deyib ki, Gürcüstana rəsmi səfəri çərçivəsində İ.Qaribaşvili ilə görüşə bilməsə də, onunla telefonla danışıb. A.Sarkisyan yaxın gələcəkdə Gürcüstana yenidən səfər edəcəyini söyləyib: “Samtsxe Cavaxeti bölgəsinə baş çəkmək istəsəm də, bu, pandemiya səbəbindən mümkün olmadı”. Qeyd edək ki, Gürcüstanın hökumət başçısı koronavirusa yoluxub. Geri dön |