Ana Sayfa > Region > Mingəçevir məhkəməsində ŞOK ÖZBAŞINALIQ - GİLEY
Mingəçevir məhkəməsində ŞOK ÖZBAŞINALIQ - GİLEY8-04-2021, 14:47. Yazar: admin |
Mingəçevir şəhərində yaşayan 1967-ci il təvəllüdlü Şuşa rayonunun Zarıslı kənd sakini Əhmədova Ceyran Xumuş qızı Heydər Əliyev Fondunun adından istifadə etməklə xeyli sayda vətəndaşı aldadaraq onların külli miqdarda pulunu (iddialara görə 200 min manata yaxın) mənimsəyib. Ancaq adıçəkilən şəxs vətəndaşlara vurduğu maddi ziyanı ödəmir və azadlıqda gəzir. Hüquq mühafizə orqanları isə sanki görməzdən gəlir. Müvafiq qurumlara edilən yuzlərlə şikayət isə nəticəsizdir. Bu fikirləri “Kanal32” redaksiyasına müraciət edən Mingəçevir sakini, təqaüdçü Alxasova Bəsti Məhəmməd qızı, Musayev Hafiz Kamil oğlu və Ağdam rayon sakini, Qarabağ müharibəsi veteranı Şirinov Mais Ayazxan oğlu deyib. Əlləri yuxarı oraqnlardan üzülən şikayətçilərin sözlərinə əsasən qeyd edək ki, Əhmədova Ceyran Xumuş qızı 2015-2017-ci illər aralığında müxtəlif vaxtlarda Alxasova Bəsti Məhəmməd qızından ümumilikdə 76 min 430 manat, Qarabağ müharibəsi veteranı Şirinov Mais Ayazxan oğlundan ümumilikdə 6250 manat(15700), İsrafilova Aynurə Ramiz qızından 1550 manat, Musayev Hafiz Kamil oğlundan isə 3 min 570 manat pulu aldadaraq alıb. Guya onlara Heydər Əliyev Fondunun vasitəsi ilə böyük məbləğlərdə pul yardımları, ünvanlı sosial ayarımlar, məşğullqudan iş və təqaüd təşkil edəcək. Şikayətçilər onu da iddia edirlər ki, Əhmədova Ceyran tək deyil, onun əlaqədə olduğu mütəşəkkil dəstə var. Hətta, o, Ləman və Ayna qızlarını da öz əməllərinin iştirakçısına çevirib. Redaksiyamıza təqdim olunan bu video və səs yazıları movcud vəziyyəti açıq şəkildə ifadə edir. Ancaq audio və video müəllifi onun ictimaiyyətdə yayılmasına razı olmadığından biz redaksiya olaraq həmin səs yazılarını yalnız hüquq mühafizə orqanlarınıa təqdim edəcəyik. Məlumat üçün bildirək ki, Əhmədova Ceyran Xumuş qızına törətdiyi əmələ görə Alxasova Bəsti Məhəmməd qızının şikayəti əsasında Mingəçevir Şəhər Polis Şöbəsində cinayət işi açılmış, ancaq cinayət işinin ibtidai istintaqı 10 oktyabr 2018-ci il tarixdə təqsirləndirilən şəxsin “xəstəliyi” ilə əlaqədar olaraq Azərbaycan Respublikası CPM-nın 53.1.4-cü maddəsinə əsasən dayandırılmışdır. 05 noyabr 2018-ci il tarixdə isə qeyd olunan qərar Mingəçevir Şəhər Prokurorluğu tərəfindən ləğv edilərək istintaq təzələnmişdir. 03 dekabr 2018-ci il tarixdə Əhmədova Ceyran Xumuş qızına Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham elan olunmuş, ancaq həbs edilməmişdir. Təqsirləndirilən şəxs qismində “Polis nəzarəti altına vermə” qəti imkan tədbiri seçilmişdir. İstintaq hərəkətləri başa çatdıqdan sonra ittiham aktı tərtib olunmuş, porosesual rəhbərliyi həyata keçirən Mingəçevir Şəhər Prokurorluğu tərəfindən təsdiq edilərək baxılması üçün Mingəçevir Şəhər Məhkəməsinə göndərilmiş, əsl tragikomediya da elə bundan sonra başlanmışdır. Məhkəmələrdə ədalətsizliyə məruz qaldığını deyən şikayətçi Alxasova Bəsti Məhəmməd qızı bildirir ki, Mingəçevir Məhkəməsinin hakimi Mirzəliyev Hüseyn Seyfulla oğlunun sədrliyi ilə mənə qarşı dəzləduzluq edərək mənim küllü miqdarda pulumu ələ keçirmiş və AR.CM-nın 178.2.2 və 178.2.4-cü maddələri ilə məsuliyyətə cəlb olunan Əhmədova Ceyran Xumuş qızının cinayət işinə baxılmışdır. Ancaq acınacaqlı hal ondan ibarətdir ki, həm ibtidai istintaq dövründə, həm də məhkəmə prosesində ədalətisz qərarlar qəbul olunub.Və həm dolayısı ilə, həm də birbaşa cinayət əməli törətmiş cavabdehə qarşı olduqca “sayğılı”davranıblar, az qala ciddi cəhdlə onu müdafiə ediblər. Adı zaman-zaman qalmaqallarda hallanan Mingəçevir Məhkəməsinin sabiq hakimi Hüseyn Mirzəliyevin 11 aprel 2019-cu ildə çıxardığı qərar bunu bir daha təsdiq edir. Belə ki, əslində mənə qarşı 76 min 430 manat, kürəkənimə qarşı isə 3 min 570 manat dələduzluq edərək mənimsədiyi pulun müqabilində Əhmədova Ceyran Xumuş qızı 1 il 11 ay 26 gün müddətində azadlığı məhdudlaşdırma cəzası alıb.Və mənə dəymiş ziyanın sonradan ödənilməsi ilə bağlı göstəriş qərarda öz əksini tapmayıb. Qeyd edək ki, Alxasova Bəsti Məhəmməd qızı Əhmədova Ceyran Xumuş qızına qarşı Mingəçevir Şəhər Məhkəməsində daha bir iddia tələbi irəli sürüb və 76 min 430 manat pulun ödənilməsini, cavabdehin mənimsədiyi 18 adda 95 qram qızıl-zinət əşyalarının qaytarılmasını, vurduğu mənəvi ziyana görə isə 50 min manat məbləğində pulun ödənilməsini tələb edib. Həmin iddia tələbi isə 01 sentyabr 2020-ci il tarixdə hakim Məhburə Kərimovanın sədrliyi ilə keçirilən məhkəmə prosesində qismən təmin olunub. Məhkəmə qət edib ki, cavabdeh Əhmədova Ceyran Xumuş qızından 11 min 663 manat pul alınıb iddiaçı Alxasova Bəsti Məhəmməd qızına verilsin. 18 adda qızıl-zinət əşyaları və mənəvi zərərin əvəzi olaraq 50 min tələbinə dair iddia isə təmin olunmasın. Mingəçevir Şəhər Məhkəməsinin qərarından narazı qalan iddiaçı Alxasova Bəsti Məhəmməd qızı müvafiq qaydada Şəki Apellasiya Məhkəməsinə şikayət edib. Sözügedən məhkəmə isə iddiaçının təqdim etdiyi dəil-sübutları rədd edib və ona çıxış etməyə icazə vermədən apellasiya şikayətini təmin etməyərək Mingəçevir Şəhər Məhkəməsinin 01 sentyabr 2020-ci il tarixli qətnaməsini qüvvədə saxlayıb. Alxasova Bəsti Məhəmməd qızı onu da bildirib ki, indiyə kimi ölkənin bütün müvafiq orqanlarına yuzlərlə şikayət məktubu ünvanlayıb. Ancaq səsini eşidən yoxdur. Hamı üstündən atır.Və sual edir: “O zaman Mingəçevir Məhkəməsində mənə qarşı edilmiş ədalətsizliyin ortaya çıxarılmasına və ələ keçirilmiş pullarımın geri qaytarılmasına kimlər kömək etməlidir?” O, Əhmədova Ceyran tərəfindən başına gətirilən hadisələrinin bir hissəsini danışmaqla bərabər, son ümid yeri kimi ölkə başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya videomüraciət ünvanlayıb. Həmin müraciəti təqdim edirik: Onu da qeyd edək ki, haqqında iddialara səsləndirilən cavabdehin qızı Əhmədova Ayna “Kanal32”yə açıqlamasında şikayətçilərin, xüsusən də Alxasova Bəsti Məhəmməd qızının tələblərinin böyük əksəriyyətinin həqiqəti əks etdirmədiyini deyib. Onun sözlərinə görə, anası Əhmədova Ceyran həmin pulları borc qismində alıb, sonradan isə maddi vəziyyətləri pisləşdiyindən qaytara bilməyiblər. Şirinov Mais Ayazxan oğlundan aldıqları 6250 manatın 3100 manatı qaytarılıb, yerdə qalan hissəsi isə yaxın vaxtlarda qaytarılacaq. Hazırda rəsmi şikayəti Mingəçevir Şəhər Polis Şöbəsində olan digər şikayətçi (1500 manatı alınıb) İsrafilova Aynurə Ramiz qızını isə tanımıram. Polis, prokurorluq və məhkəmə orqanları məsələnin bütün detallarını araşdırıb, araşdırır və hüquqi qiymətini verib, bundan sonra da verəcəkdir. …digər hallar üzrə araşdırmalar gedir.Davamı olacaq… “Kanal32” Geri dön |