Ana Sayfa > Region > Paşinyan Moskvadan qayıdıb istefa verəcək
Paşinyan Moskvadan qayıdıb istefa verəcək7-04-2021, 09:47. Yazar: admin |
Qabil Hüseynli: “Putin özü çox mürəkkəb situasiya ilə üz-üzədir” Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya lideri Vladimir Putinlə görüşmək üçün Moskvaya gedir. İlkin məlumatlara görə, görüşdə ikitərəfli münasibətlərin hazırkı durumu, 44 günlük müharibədən sonra imzalanmış anlaşmaların taleyi diqqət mərkəzində olacaq. Qeyd edək ki, Qarabağ savaşından və 10 noyabr kapitulyasiya aktını imzaladıqdan sonra Nikol Paşinyan yalnız bircə dəfə - yanvarın 11-də Rusiya paytaxtında olub. Həmin tarixdə də Azərbaycan Prezidenti İlham Əliyevin iştirak elədiyi görüş zamanı tərəflər əsasən kommunikasiyaların açılmasına dair “yol xəritəsi”ni nəzərdə tutan yeni üçtərəfli sənədi təsdiqləyiblər. Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla Qarabağdakı problemlərin həlli ilə bağlı addımları və inteqrasiya proseslərini müzakirə edəcək. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. “Aprelin 7-də Moskvada Rusiya prezidenti ilə Ermənistanın baş naziri arasında danışıqlar aparılacaq. Danışıqlar zamanı Dağlıq Qarabağla bağlı Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında imzalanan 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatların icrasının gedişatına, eləcə də Cənubi Qafqaz regionunda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası kontekstində regiondakı mövcud problemlərin həllinə dair gələcək addımlara baxılması planlaşdırılır”, - deyə məlumatda qeyd olunub. Moskvadakı görüşün üçtərəfli olacağı ehtimalı təsdiqlənmədi. Bu o deməkdir ki, Paşinyanla daha çox Ermənistanın daxili məsələləri müzakirə ediləcək. Amma əsas mövzulardan biri də əlbəttə ki, 10 noyabr və 11 yanvar sənədlərinin icrası da olacaq. Gözlənilir ki, bu, baş nazir kimi Paşinyanın Moskvaya son səfəridir və qayıdandan sonra istefa verəcək. Diqqətçəkən məqamlardan biri Rusiya prezidentinin Nikol Paşinyanla görüşdən öncə Ermənistanın keçmiş prezidenti Robert Köçəryanla görüşməsidir. Belə ki, ötən həftə Vladimir Putin Moskvada səfərdə olan Ermənistanın keçmiş prezidenti Robert Köçəryan söhbətləşib. Bu məlumatı “Sputnik Armeniya” yayıb. Bildirilib ki, Vladimir Putinlə Robert Köçəryan arasında görüş bir saata yaxın olub. Koronavirusa görə danışıqlar onlayn rejimdə olub. Tərəflər regionda və Ermənistandakı vəziyyəti müzakirə ediblər. Köçəryanın Rusiya lideri ilə Ermənistanda iyunda keçiriləcək parlament seçkilərini müzakirə etdiyi şübhəsizdir. Ekspertlər bildirir ki, həm Nikol Paşinyan, həm də Robert Köçəryan Kremlin dəstəyini almağa çalışır. Putinin onlardan hansına dəstək verəcəyi isə Nikol Paşinyanın Moskva görüşündən sonra özünü göstərməyə başlayacaq. Putinlə Paşinyan telefonda danışdı - xeberler Erməni mediası yazır ki, Paşinyan Putinlə görüşdə baş nazir vəzifəsindən istefa verməsindən sonra ailəsinin və özünün təhlükəsizliyinə təminat istəyəcək. Paşinyan seçkiöncəsi özünün və ailəsinin həyatına təhlükə yaranacağından narahatdır. Putindən həm bu məsələdə, həm də seçkinin nəticələri ilə bağlı təminat almadan Paşinyan istefa verməyəcək. İstefa versə, deməli, Krem sahibi ona təminat verib. Mənim kəndim - Qabil Hüseynli: “Anamın əziyyət çəkməyinə dözmədim” - LAYİHƏ - Modern.Az Azərbaycan və dünya xəbərləri Qabil Hüseynli Politoloq Qabil Hüseynli “Yeni Müsavat”a bildirdi ki, Ermənistanda çox mürəkkəb proseslər cərəyan edir: "Qarabağ klanının təmsilçisi hakimiyyətə gələcəyini bəyan edir və çox iddialı danışır. Putinin onunla danışıqlar aparması isə onu daha da həvəsləndirir. Lakin keçirilən rəy sorğularından məlum olur ki, Putinin Köçəryanla danışıqlar aparması onun erməni cəmiyyəti içərisində nüfuzunu artırmır. Seçicilər içərisində Nikol Paşinyanın reytinqi 5 faizdən 31 faizə qalxıb. Köçəryanın nüfuzu isə nəinki artmır, əksinə, azalır. Köçəryanı Ermənistanda yerli ermənilər sevmir, ona heç Qarabağ klanı da tam olaraq dəstək vermir. Yaranmış vəziyyət Moskvanı da əslində çətin durumla üz-üzə qoyub. Putin çox mürəkkəb situasiya ilə üz-üzədir. Bir tərəfdən Ermənistanda qeyd etdiyimiz vəziyyət, digər tərəfdən Ukrayna ilə müharibə vəziyyəti, daha bir tərəfdən Cənubi Qafqazda situasiya aydın deyil. Paşinyana dəstək verilib-verilməməsi məsələsində mənə elə gəlir Putinin fikri birmənalıdır, dəstək vermək istəyir, amma Putinin ətrafı əks fikirdədir. Ona görə də bu dəfə Moskvada danışıqlarda Putin Paşinyana birmənalı şərt qoyacaq ki, sənə dəstək versək Qərbə doğru siyasət yürütməyəcəksən, Rusiyanın forpostu olmaq siyasətini həyata keçirəcəksən, qarşında qoyulan planları qeyd-şərtsiz reallaşdıracaqsan. Bu şərtləri qəbul edəcəyi halda Putin seçkilərdə qələbəsi üçün Paşinyana xeyir-dua verəcək və o, İrəvana qayıdıb arxayın şəkildə istefa verib seçkilərə hazırlaşacaq". Politoloq onu da dedi ki, 7 aprel görüşündə şübhəsiz məlum 10 noyabr, 11 yanvar üçtərəfli bəyanatlarında nəzərdə tutulan işlərin həyata keçirilməsi məsələsi, Qarabağ məsələsində hazırkı situasiya da müzakirə olunacaq. Müzakirələr əsasən Azərbaycanla kommunikasiya xətlərinin açılması ətrafında olacaq. Həm seçki məsələsində, həm də bu məsələdə Paşinyan və Putin ortaq məxrəcə gələ biləcəklər. Bu da bölgədə ümumi nizamlama prosesinin daha sürətlə getməsinə təsir göstərəcək. Etibar SEYİDAĞA, “Yeni Müsavat” Geri dön |