Ana Sayfa > Region > Paşinyan generallara söz verdi: “44 günlük müharibə ilə bağlı istintaq aparılmayacaq”

Paşinyan generallara söz verdi: “44 günlük müharibə ilə bağlı istintaq aparılmayacaq”


27-03-2021, 13:00. Yazar: admin

Paşinyan generallara söz verdi: “44 günlük müharibə ilə bağlı istintaq aparılmayacaq”
Nikol Paşinyan generalitetə vəd edib ki, o, hakimiyyətdə olduğu müddətdə 44 günlük müharibə ilə bağlı heç bir istintaq komissiyası yaradılmayacaq, heç bir araşdırma aparılmayacaq.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistanın “Past” qəzeti hökumətdəki mənbələrinə istinadən məlumat yayıb.

İddialara görə, Ermənistanın baş naziri bu vədini zabit heyətinə Silahlı Qüvvələrin Baş Qərargahına yəni rəisin – Artak Davtyanın təqdimatı zamanı çatdırıb. Hərbçilərə deyilib ki, onlar rahat olsunlar, A.Davtyanın rəhbərliyi ilə müharibə vaxtı buraxılmış səhvlərin aradan qaldırılması istiqamətində birgə çalışsınlar. Ancaq erməni mətbuatının yazdığına görə, generalitetin əhəmiyyətli hissəsi hələlik əvvəlki mövqeyində qalır.

Qeyd edək ki, fevralın 25-də Baş Qərargah N.Paşinyanın istefası tələbilə çıxış etmişdi. Heç şübhəsiz generallar 44 günlük məğlubiyyətə görə Paşinyanın onları cəzalandıracağından ehtiyatlanır, baş nazirsə istintaqın olmayacağı vədini verməklə qiyamçılara qoşulan ordu komandanlığını neytrallaşdırmaq istəyir.

Musavat.com
Geri dön